Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda qadın plastik əməliyyatın qurbanı oldu



Qeyri-peşəkar plastik cərrahiyə cəmiyyət üçün təhlükəyə çevrilib


Son 5 ildə Azərbaycanda 30 minə yaxın insan plastik cərrahların qapısın döyüb. İnsanlar televiziyada gördükləri şoubiznes nümayəndələrini, Hollivud aktrisalarını özlərinə ideal seçirlər. Onlara bənzəmək üçün kosmetoloq və cərrahlara müraciət edənlər isə bəzi hallarda mövcud olan gözəlliklərini, hətta həyatlarını itirirlər. 

Bir neçə gün əvvəl 18 yaşlı tələbə də belə bir əməliyyatın qurbanı oldu. Burnundan plastik əməliyyat olmaq istəyən Mürsəlova Leyla Namiq qızı əməliyyat zamanı dünyasını dəyişdi. Hazırda əməliyatın keçirildiyi klinikanını fəaliyyəti müvəqqəti dayandırılıb və faktla bağlı araşdırmalar aparılır. Amma nə araşdırmalar, nə də acı sonu nəzərə almayan yaxınlarının peşmanlığı gənc qızı geri qaytarmayacaq. Ehtiyac oldu-olmadı əməliyyata müraciət etmək istəyənlər isə bundan nəticə çıxara bilərlər. 

Plastik əməliyyatlara insanları gözəlləşmək istəyi aparır. Xüsusilə gənclər arasında bu daha geniş yayılıb. Məsələn dünyada 45-50 yaşdan sonra istifadə olunana botoks əməliyyatlarına ölkəmizdə daha çox gənclər müraciət edir. Əksər halda salonlarda həyata keçirilən bu əməliyyatlar isə orqanzim üçün çox təhlükəli olur. Ayağına gel vurdurub az qala bütün orqanlarını itirmək təhlükəsilə üz-üzə qalan Afət xanım kimi. 

Plastik əməliyyat keçirən Afət Baxışova deyir ki, belə getsə onun ayağı amputasiya olunacaq. Belə ki, qadın ayağınadan əməliyyat olunub. Əməliyyatdan sonra onun ayağında balaca qızartı olub. Beş ay ərzində isə bu qızartı şişə çevrilib. İndi o ağrıdan gəzə bilmir. Həkimlər isə qadının ayağında yad cisimin olduğunu və onu çıxarmağın mümkün olmadığını deyirlər. 

Hazırda ölkədə az qala on nəfərdən beşi plastik əməliyyat etdirmiş şəxsdir. Müraciət edənlərin əksəriyyəti burun formalarıdan narazı olanlar, ya da qonşudan qalma geri prisipinə əsaslanaraq özünü işə salanlardır. Psixoloqlar bunun çox böyük təhlükə hesab edirlər. 

Psixoloq Elmir Əkbər plastik əməliyyat etdirmə istəyinin çox vaxt daxili natamamlıq kompleksindən irəli gəldiyini deyir. Psixoloq düşünür ki, natamamlıq kompleksi insanın simasını əməliyyat etdirməklə aradan qalxa bilməz. 

Daxili narahatlığını simasındakı və ya bədənində ki, hər hansısa qüsuru aradan qaldırmaqla sakitləşdirə biləcəyini hesab edənlər isə əksər vaxtlarda yanılırlar. Çünki əməliyyatdan sonra yaranan kiçik bir uğursuzluq sonradan böyük psixoloji problemlərə səbəb ola bilir. Simanın eybəcərləşməsilə yanaşı bu ciddi fəsadlar da törədir. 

Plastik cərrah Dilqəm Məhərrəmov isə bildirir ki, əməliyyatdan sonra ən çox rast gəlinən problemlərdən biri də göz qapağının funksiyasının müəyyən qədər itirməsi, açıq qalması və normal bağlanmamasıdır. Bu zaman göz yaşının göz kənarından axması kimi şikayətlər ola bilir. Çünki, göz qapaqlarına müdaxilə olunub və ordakı piylər götürülüb. Buna boş göz sindromu deyilir ki, insanın estetik gözəlləşməyi yox əksinə insanın estetik gözəlliyini müəyyən qədər itirməsinə səbəb ola bilər. 

Ekspertlər ölkədə plastik cərrahiyyə sahəsində hüquqi boşluqların olduğunu düşünürlər. Xarici təcrübədən yararlanmağı vacib sayan Həkim Adil Qeybulla əməliyyatdan qabaq həmin şəxsin bir sıra müayinələrdən keçməsini məsləhət görür. 

Hər halda məqsəd gözəlləşməkdirsə onun törədə biləcəyi fəsadlarıda nəzərə almalısınız. Gözəllik qurban tələb edə bilər, amma həyatı sağlam yaşamaq daha gözəldir. (ans)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar