Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda polisləri döyən şəxslərdən biri tutuldu, digərləri axtarılır


Baş Prokurorluq Bakıda polis əməkdaşlarına qarşı zor tətbiq etmiş şəxslər barəsində cinayət işi başlandığını bildirib


Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyulun 29-da saat 11 radələrində əvvəllər məhkum olunmuş Nurlan Manafov, Rəcəb Manafov, Teymur Əliyev, Vüsal Əliyev, Xatirə Əliyeva və hələlik adları istintaqa məlum olmayan bir neçə şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdiriblər.

Onlar ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin YPX-nin inspektorları İqbal Kamilovu və Çingiz Həsənovu, rayon Polis İdarəsinin PPXB-nün polis nəfərləri Ruslan Quliyevi və Mircəlal Seyidovu nəlayiq sözlərlə söyüb təhqir edərək zor tətbiq edib, bədənlərinin müxtəlif nahiyələrindən qəsdən vurmaqla müxtəlif dərəcəli xəsarətlər yetiriblər. 

Başlanmış cinayət işi üzrə Nurlan Manafov şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə davam etdirilir və cinayətin iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməklə istintaqa cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar