Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda polislə sürücü arasında dava- Fotolar


PİA.AZ aznews.az-a istinadən xəbər verir ki, 99 YP 517 dövlət nömrə nişanlı polis maşını Zığ yoluyla hərəkət edən BMW markalı 90 KT 876 dövlət nömrə nişanlı avtomobili qovmağa başlayıb


Polislərdən qaçmaq istəyən sürücü Hövsan yolu yaxınlığında, “Bakubus”un qarşısında avtomobilini səkiyə çırpıb.

Bununla da polislər uzun qovhaqovdan sonra sürücünü yaxalaya biliblər. 

Məlum olub ki, BMW-ni idarə edən şəxsin sürücülük vəsiqəsi yox imiş. Elə buna görə də polislərdən qaçırmış. Bundan qəzəblənən polis leytenantı sürücünü döyməyə başlayıb. 

Məsələ ilə bağlı sürücünün fikirlərini öyrənmək istəsək də, o, açıqlama verməkdən imtina etdi. Hazırda başının qarışıq olduğunu deyən şəxs onu döyən polisdən şikayətçi olmadığını bildirib.

***

Məsələyə Daxili İşlər Nazirliyi reaksiya verib. 

DİN-in şöbə müdiri Orxan Mansurzadə bildirib ki, yazıdan sonra araşdırma aparılıb. Məlum olub ki, həmin sürücü qayda pozuntusu və ödənilməmiş cəriməsi olduğuna görə axtarışa verilibmiş. Həmçinin sürücünün maşınında qadağan olunmuş səs siqnalı olub. Məhz buna görə də polis saxlama əmri verib. Lakin o, polisin qanuni tələbinə məhəl qoymayıb. Orxan Mənsurzadə iddia edir ki, sürücünün qovulması və döyülməsi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur:

“Sadəcə polis öz qanuni işini görüb və sürücüyə qarşı heç bir zor tətbiq edilməyib. Sürücü polisin qanuni tələbinə əhəmiyyət verməyərək avtoxuliqanlıq edib. Məsələ ilə bağlı araşdırma aparılır, qanunvericiliyə uyğun olaraq sürücü cəzalandırılacaq.”






pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar