Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda polisin ağlasığmaz əməlləri ifşa olundu


Bakı şəhəri, Nizami rayon Dövlət Yol Polisi (DYP) şöbəsində ciddi qanun pozuntuları aşkarlanıb


Qurumda xidmət aparan polis əməkdaşları Daxili İşlər Nazirliyində qeydiyyatda olmayan rabitə vasitələri (“ratsiya”) ilə təchiz edilib.

Yol polisi əməkdaşları xidmət aparan zaman qanunu pozan sürücülər və qayda pozuntuları ilə bağlı məruzələri yalnız bu rabitə vasitəsi ilə həyata keçirirmişlər.

“Əməliyyat”lar zamanı çoxlu sayda nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb, burada isə müəyyən vəsait ödənildikdən sonra avtomobillər sərbəst buraxılıb.

İnandırıcı olmaq üçün sürücülərə qeydiyyatda olmayan buraxılış vərəqələri verilib. Əslində isə cərimə meydançasına aparılan avtomobillərin buraxılması üçün alınan pullar haqda şöbənin rəisi və onun yaxın ətrafından başqa heç kim xəbərdar olmayıb. Yəni alınan pullar rəsmiləşdirilməyib, şəxsi ciblərə gedib.

Araşdırma zamanı məlum olub ki, bütün bunlarla yanaşı Nizami rayonu ərazisində rəhbərliyə məruzə olunmadan reydlərin aparılması da qanunsuz olaraq həyata keçirilib. Bu reydlər zamanı da həmin rabitə vasitələrindən istifadə olunub.

Məlumata görə, şöbədə çalışan, yol-patrul xidməti aparmaq səlahiyyəti olmayan polis zabitləri – “kabinet işçiləri”, həmçinin, təqaüddə olan sabiq DYP əməkdaşı da həmin reydlərə cəlb olunurmuş.

Bu proses 2017-ci ilin mart ayına qədər davam edib. 2017-ci ilin mart ayının əvvəllərində isə Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsinin əməkdaşları qeyd olunan pozuntuları aşkar edərək, təhqiqata başlayıblar.
Aparılan təhqiqatların nəticəsi olaraq, əmrlərin icraçısı olan 7 əməkdaş daxili işlər orqanlarından xaric edilib. Onlar arasında iki zabit və bir nəfər polkovnik-leytenant rütbəli (Bəhram Mədətov) şəxs də var.

Bu qanun pazuntularında bir başa məsuliyyət daşıyan şöbənin rəisi, polkovnik-leytenant Firdovsi Yusifov isə hələ öz vəzifəsində qalır. Bu məqam isə işdən çıxarılan polis əməkdaşlarının narazılığına səbəb olub. Onlar qanun pozuntularını məhz rəisin göstərişi və tələbi ilə həyata keçirdiklərini bildirirlər.

Son məlumatlara görə, artıq rəis leytenant Firdovsi Yusifovun barəsində yoxlamalar aparılır, onun yaxın günlərdə postuyla vidalaşacağı gözlənilir.
Məsələ ilə bağlı əlavə materialımız olacaq. (BakiPost.az )

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar