Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda polisi güllələyən şəxsə 13 il cəza istənildi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilərək axtarışa verilən Eldar Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib


Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və çıxış üçün dövlət ittihamçısına söz verilib. Prokuror E.Zeynalovun 13 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Müdafiə tərəfi çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses iyunun 29-na keçirilib.

İttihama görə, E. Zeynalov 2002-ci ildə Mehman Bağırov, İlham Bağırov və Zakir Ağamirzəyev ilə digər tanışı Alışov Etibar Tofiq oğlunun idarə etdiyi "Daewo-Nexia" markalı avtomobildə Mehman Bağırovun Zakir Ağamirzəyevi öldürməsini görüb. Bundan sonra istintaqdan yayınmaq məqsədilə M.Bağırov və İ.Bağırovla birlikdə Bakı şəhərində yerləşən mənzillərdən birində gizlənib. Bir müddət sonra o hadisəni araşdırmaq məqsədilə mənzilə gələn polis əməkdaşlarına evdə olan "Makarov" tipli tapançadan atəş açaraq polis əməkdaşı Məhəmməd Ağayevi ağır yaralayıb. Xəstəxanaya çatdırılan M.Ağayevin həyatını xilas etmək mümkün olub. Digər şəxslər həbs olunsa da, E.Zeynalov hadisə yerindən qaçaraq Rusiyada gizlənib.

E.Zeynalov ötən il Rusiyada yaxalanaraq, istintaqa təhvil verilib. (trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar