Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda polisdən qaçan 19 yaşlı oğlanı maşın vurdu


Bakıda oğurluqda şübhəli bilinən gənc polisdən qaçan zaman avtomobillə vurulub


Hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, rayonun Atatürk prospektində Veteranlar parkı adlanan ərazidə hələlik ad-soyadı məlum olmayan 19 yaşlı oğlan velosiped oğurlamağa cəhd göstərib. Bu zaman nəzarətçi hadisədən xəbər tutub və gənc oğlanın cəhdinin qarşısını alıb. 

O, gənci polisə təhvil vermək üçün Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzinə zəng vurub. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin Çevik Polis Alayanın əməkdaşları gəlib. Bu zaman oğruluğa cəhd edən şəxs polisdən qaçmağa çalışıb. 

Gənc qəfil parkın digər hissəsinə keçərkən onu taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı avtomobil vurub. Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Sürücü isə hadisədə günahının olmadığını deyib. Buna baxmayaraq o, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. (report.az)

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar