Bakı şəhərində piyadanı vuraraq hadisə yerindən qaçan avtobus sürücüsü saxlanılıb
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 18-də saat 18:20 radələrində Lökbatan qəsəbəsində Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Binadar Cəfərovu vuraraq hadisə yerini tərk edən Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Əfqan Sadıkovun idarə etdiyi “İsuzu” markalı 205 saylı sərnişin avtobusu müəyyən olunaraq saxlanılıb.