Bakının Nərimanov rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Keçmiş "Çapayev" kimi tanınan ərazidə yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Mirvələdov Müşfiq Bilal oğlunu "Toyota" markalı avtomobil vurub.
Nəticədə o, ağır xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. (report.az)
pia.az