Bakı şəhər sakinləri Məcid Məmmədova və Xanım Quliyevaya məxsus mağazalardan pul və tütün məmulatı oğurlamış, habelə İlyas Şükürova məxsus mağazadan oğurluğa cəhd göstərmiş şəxslər saxlanılıb
PİA.AZ-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağsu rayon sakini Əlisahib Aslan oğlu Bədəlov və Ağdaş rayon sakini Fərid Rəhimov istintaqa cəlb edilib. Faktla bağlı araşdırmalar aparılır.