Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda oğurluq edən 7 nəfər tutulub


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə paytaxt ərazisində məktəbdən, kompyuter salonlarından oyun və məişət əşyaları, yol kənarlarından elektrik avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar


DİN-dən AzVision.az-a verilən əbərə görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da Qaraçuxur qəsəbəsindəki orta məktəblərin birindən kamera, modem, kameranın yaddaş bloku və kompyuter oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri Elməddin Camalov və Cəlilabad rayon sakini Fərid Əliyev saxlanılıblar.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən martın 17-də Zabrat qəsəbəsi ərazisindəki oyun salonundan 7 ədəd oyun aparatı və 10 ədəd pult oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Zöhrab Hüseynov və Ramiz Qarayev saxlanılıblar.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşları tərəfindən görülmüş tədbirlərlə martın 5-də rayon ərazisindəki kompyuter salonundan 3 ədəd oyun aparatı və 3 ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elməddin Səfərəliyev saxlanılıb.

Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bülbülə qəsəbəsi ərazisində yolun kənarındakı divara quraşdırılmış 105 ədəd lampanı və 240 metr elektrik naqilini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Vadim Biknyayev və Siruz Hacıyev saxlanılıb. Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar