Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda müsəlman dünyasının nadir hadisəsi - Vəhdət namazı + Video


Azərbaycanda bütün müsəlman dünyası üçün örnək ola biləcək hadisə iki ildən çoxdur yaşanır. Söhbət Bakıda “Heydər məscidi”ndə qılınan vəhdət namazından gedir


Artıq iki ildir ki, Vəhdət namazı adlandırılan birgə namazda bütün məzhəblərdən olan müsəlmanlar bir araya gələrək eyni vaxtda, bir yerdə namaz qılıb, dualar edirlər. Hazırda müsəlman dünyasında məzhəb ayrılığı, dini zəmində nifrətin olduğu bir zamanda Bakı təcrübəsi əslində təbliğ olunası, bütün müsəlman aləmində örnək alınası bir hadisədir. 

Məhz bu səbəbdən də Türkiyə, Misir və digər müsəlman ölkələrindən gələn jurnalistlər, din xadimləri vəhdət namazını heyranlıqla qarşılayır.

Cümə günü redaksiyamızın çəkiliş qrupu “Heydər Məscidi”ndə olaraq vəhdət namazını izləyib. Ənənəvi olaraq müxtəlif məzhəblərdən olan müsəlmanlar məsciddə birgə namaz qıldılar, namazda turistlər də iştirak edirdi. 

Söhbət etdiyimiz şəhər sakinləri məsciddə mehriban atmosferin olduğunu, hər kəsin birlik və mehribançılıq içərisində olduğunu dedilər.

Qeyd edək ki, məscid kompleksi 2014-cü ildə istifadəyə verilib. Heydər məscidi Qafqazda ən böyük məsciddir. Minarələrinin hündürlüyü 95 metrdir. Dörd minarəli məscidin minarələrində lift işləyir. Məsciddə təxminən 5000-7000 nəfər eyni vaxtda ibadət edə bilər. 

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.(musavat.com)

 pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar