Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda müəlliməni döyən müəllim danışdı - Video


Bakıda yaşlı müəlliməni döyməkdə ittiham edilən müəllim danışıb. O, barəsində deyilənləri təkzib edib


Qeyd edək ki, hadisə 154 saylı orta məktəbin tarix müəllimi Yaşar Quliyevlə Arifə Yusifova arasında baş verib. 

Zərərçəkən Arifə Yusifovanın üzərində zorakılıq əlamətləri olan fotoşəkilləri də yayılıb.

Onu da qeyd edək ki, məsələ ilə bağlı Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 154 saylı orta məktəbin direktoru Əli Əliyev Ans tv-yə açıqlama verib.

Onun sözlərinə görə, hadisə məktəbdə baş verməyib. Döyüldüyü iddia olunan 69 yaşlı Arifə Yusifova isə bu məktəbdə deyil, 109 saylı orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi işləyib. O, yaş məhdudiyyətinə görə 2011-ci ildən təqaüdə çıxıb. Ancaq onun Yaşar müəllim tərəfindən döyülməsi məsələsi aralarında olan ailə münaqişəsi zəminində baş verib.

154 saylı orta məktəbin direktoru Əli Əliyevin sözlərinə görə, Yaşar müəllim bu günə kimi bir uşağa əl qaldırmayıb, qeyri-etik davranış nümayiş etdirməyib.

Yaşlı müəlliməni döyən müəllim isə hadisənin məktəblə heç bir əlaqəsi olmadığını və işin hazırda məhkəmədə olduğunu deyib. Yaşar Quliyevin dediyinə görə, döyülmə tamamilə absurddur. Yəni Yaşar müəllimin dili ilə desək o, xanım müəllimin heç üzünü də görməyib. O, "Nə üçün bu hadisədə, məhz Yaşar Quliyev adı hallanır" sualına cavabında deyib ki, Arifə Yusifova onun qardaşı Əziz Quliyevin qayınanası olub. Yəni, 69 yaşlı təqaüdçü müəllimənin qızı Esmira Yusifova Yaşar Quliyevin qardaşı Əziz Quliyevin həyat yoldaşı olub.

Qayınana ilə ailənin mübahisəsi mülk üstündə düşüb. Buna görə cütlük boşanıb. Bundan sonra qayınana böhtan üsuluna əl atıb. Tarix müəlliminin dediklərinə inansaq, bu hadisə 4 ay bundan əvvəl baş verib.

Hadisənin dəqiq səbəbləri isə məhkəmənin araşdırmasından və qərarından sonra məlum olacaq.

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar