Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda müəllim şagirdi döydü



Müəllim valideynlərə “əcəb etmişəm, gedin hara istəyirsiniz şikayət edin” deyir


Bakının Sabunçu rayonunda yerləşən 331 saylı tam orta məktəbdə döyülmə hadisəsi qeydə alınıb. 

Valideynlərin dediyinə görə, 10 yaşlı övladları Fərid Babaşzadə ötən gün 6-cı dərs saatında idman müəllimi Firdovsi tərəfindən döyülüb. Və hazırda 5-ci sinif şagirdi evdə yataq xəstəsinə çevrilib. Fəridin özünün dediyinə görə, müəllimi idman dərsində ona topa əl vurmamağı tapşırıb. Bilmədən topa əl vurduğunu deyən şagird, müəllim tərəfindən şiddətə məruz qaldığını deyir. O, başından və ayaq nahiyəsindən ağır zərbə alıb.

“Məktəbin idman müəllimi mənim yaxamdan tutub sürüdü, sonra bunu görən Orxan adlı oğlan məni lağa qoydu. Mən onunla dalaşdım. Bu zaman idman müəllimi gəlib bizi bir-birimizə vurdu” – deyə zərərçəkmiş qeyd edib.

Valideynlər isə hadisədən gec xəbər tutduqlarını deyirlər. Onlar məktəbdən gələn övladlarını dərhal xəstəxanaya çatdırıblar. Fəridin anası Gülnar Babaşzadə deyir ki, onun övladı qan çatışmazlığından əziyyət çəkir. Bunun üçün də dəfələrlə məktəb rəhbərliyinə müraciət edib ki, Fərid idman dərsində iştirak etməsin. Ancaq buna məhəl qoyan olmayıb. Övladı döyüləndən sonra o, Firdovsi müəllimlə söhbət etmək istəyib. Müəllim isə valideynlərə “əcəb etmişəm, gedin hara istəyirsiniz şikayət edin” deyə cavab verib. Bütün bunlar valideynin sözləridir.

Deyilənlərə aydınlıq gətirmək üçün ilk olaraq məktəbin müvəqqəti yerləşdiyi ünvana üz tutduq. Əvvəlcə təhsil ocağının direktor müavinləri faktı təkzib etdilər. Və valideynlərlə müavin arasında mübahisə baş verdi.

Daha sonra adıçəkilən idman müəllimi Firdovsi müəllimlə görüşməyə cəhd etdik. Qapı arxasında o, bizə açıqlama gətirdi ki, o, şagirdi - Fəridi heç də döyməyib. Sadəcə dərs zamanı şagirdlər arasında mübahisə düşdüyündən onları ayırıb.

Bundan sonra üz tutduq məktəb direktoru Esmira Muradovanın yanına. O, təsdiq etdi ki, valideynlər uşağın idman dərsindən azad olması ilə bağlı ona müraciət edib. Sadəcə tibbi arayış hələlik gətirilmədiyindən bu mümkün olmayıb. Qaldı ki, şagirdin müəllim tərəfindən döyülüb-döyülməməsinə.

Məktəb direktoru Esmira Muradova deyir ki, gecə saat 10.00 radələrində valideyn mənə zəng edib ki, bəs uşağın vəziyyəti belədir: “Uşağımı müəllim döyüb. Dərhal mən müəllimlə əlaqə saxladım və valideynin telefon nömrəsini müəllimə verdim. Müəllim isə ittihamları rədd edir. Artıq məsələ ilə bağlı təqdimat hazırdır. Təqdimat Daxili Nəzarət Şöbəsinə və Bakı Şəhər Təhsil İdarəsinə göndəriləcək. Sonda onlar məsələ ilə bağlı yekun qərara gələcəklər”.

Bundan başqa direktor onu da bildirdi ki, Firdovsi müəllimdən 8 ildir ki, fəaliyyəti dövründə şikayət olunmayıb. Əgər fakt təsdiqini taparsa, o, işdən azad ediləcək. Artıq valideynlər faktla bağlı polisə də müraciət edib. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma aparılır.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Ən çox oxunanalar