Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda mənzillərin qiyməti bahalaşa bilər


Aprel ayında təkrar mənzil bazarında qiymətlərdə 6.16 faiz, ilkin mənzil mənzil bazarında isə 6.98 faiz azalma müşahidə olunub


Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, aprel ayında bazarda aktivlik aşağı düşüb: "Bir müddət banklar bazarda ipoteka kreditlərinin həcmini artırdılar və ona görə də əvvəlki aylarda qiymətlərdə artım oldu. Amma son iki ayda ipoteka kreditlərinin həcmində azalmalar var və müvafiq olaraq bazarda pul kütləsinin azalması müşahidə edilir. Ona görə də alqı-satqı əməliyyatlarında azalmalar olub və bu da öz növbəsində qiymətlərə təsir edib".

Ekspert hesab edir ki, qiymətlərin aşağı düşməsi növbəti aylarda davam etməyə bilər: "Yəqin ki, bu azalma müvəqqəti bir amildir. Ola bilsin, yay aylarında qiymətlər stabilləşsin, ancaq ilin sonuna doğru bahalaşma qaçılmaz olacaq. Ona görə ki, 2015-ci ildə manat dollar qarşısında dəyərini itirdi, ancaq 2016-cı ildə qiymətlər artmadı, 2017-ci ilin ilk üç ayı ərzində müəyyən qədər artdı, aprel ayında isə yenə azalma baş verdi. Yəni insanlar tədricən manatın dəyəri ilə razılaşdıqca, bazara qayıdacaqlar və bununla da aktivlik artacaq və qiymətlərdə də artım qaçılmaz olacaq".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar