Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub
PİA.AZ FHN-in saytına istinadən bildirir ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1979-cu il təvəllüdlü Məmmədov Müslüm Tahir oğlununun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 16:53-də başa çatıb.
pia.az