Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda məmur vətəndaşı döydü


Binəqədi icra başçısının müavininin 2 uşaq atasını xəstəxanalıq etdiyi iddia edilir


Ötən gün Bakının Nəsimi rayonu ərazisində məmurun dostu ilə birləşərək 44 yaşlı kişini döydüyü iddia edilir. 

Bu barədə döyülən şəxsin qardaşı Səməd Müseyibov anspress-ə məlumat verib. Onun sözlərinə görə, 44 yaşlı qardaşı Rövşən Müseyibov axşam saatlarında Heydər Əliyev Sarayının yaxınlığında iki nəfərin hücumuna məruz qalıb. Onlardan biri İcra Hakimiyyətinin əməkdaşı Emin Əhmədlidir.

Səməd Müseyibovun sözlərinə görə, qardaşı hazırda Travmatologiya İnstitutundadır.

Məsələni araşdırmaq üçün Rövşən Müseyibovun özü ilə əlaqə saxladıq. Onun anspress-ə verdiyi məlumata görə, hadisə axşam saat 23:00-da “Qış bulvarı”nda çay içən zaman baş verib. Emin Əhmədli və onun yanında olan tanımadığı biri ilə görüşüb. Görüş zamanı Eminlə aralarında anlaşılmazlığı aydınlaşdırmaq istəyib.

Problem mənzillə bağlı olub. Belə ki, Rövşən Müseyibovun bankların birinə 37 min manat borcu olub. O, krediti verə bilmədiyi üçün onun Ayna Sultanovada mənzili müsadirə edib. Rövşən Müseyibovun ailəsilə birlikdə mənzildən çıxarılmasına isə Binəqədi rayonunun əməkdaşı Emin Əhmədli nəzarət edib.

Rövşən Müseyibov deyir ki, əslində evinin qiyməti 100 min manatdır. Lakin Emin haqsızlıq edib, ona evini sataraq borcunu qaytarmağa imkan verməyib.

“Biz görüşən zaman mən ona dedim ki, adam kişi olar. Məni 2 övladımla birlikdə çölə atdın. O isə burada adam çoxdur, kənara çəkilib danışmağı təklif etdi. Tinə çəkilən zaman Emin başladı mənə şillə-təpik vurmağa. Yanındakı dostu də ona köməyə gəldi. Birləşib məni möhkəm döydülər”.

Hazırda xəstəxanada müalicə aldığını deyən Rövşən Müseyibov məsələnin Nəsimi Rayon Polis İdarəsi 21-ci polis bölməsi əməkdaşları tərəfindən araşdırıldığını də əlavə edib.

Polis bölməsində bildirdilər ki, bu barədə şikayət daxil olub. "Məsələ araşdırılır. Bundan artıq məlumat verməyə ixtiyarımız yoxdur".

Emin Əhmədli isə deyilənləri yalan adlandırıb. Məmurun sözlərinə görə, Rövşən Müseyibov ona şər atır.

“Mən dünən onunla heç bir yerdə görüşməmişəm. Rövşən Müseyibov məni şərləyir. Bununla bağlı heç başqa heç bir açıqlama vermək istəmirəm”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar