Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda məktəbdə şagirdlər arasında insident


Bakıda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib


Lent.az xəbər verir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən 282 saylı orta məktəbdə 10-cu sinif şagirdi, 2002-ci il təvəllüdlü Samir Fətullayev 14 yaşlı Rahib Babayevi bıçaqlayıb. Ağır xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib.

Məktəbin direktoru Camal Əlirzayev sayta bildirib ki, hadisə dünən saat 13:20 radələrində dərs prosesi başa çatandan sonra baş verib: “Dərslər saat 13-də bitir. Bu uşaqlar da əvvəlcədən aralarında olan mübahisəni davam etdirmək üçün məktəbin ətrafında görüşüblər. 10-cu sinif şagirdi, 2002-ci il təvəllüdlü Samir Fətullayev məktəblilərdən birini döyüb. Həmin şagird də 8-ci sinifdə oxuyan dostu, Rahib Babayevi çağırıb. Dava-dalaş zamanı Samir Rahibi bıçaqlayıb”.

Məktəb direktoru bildirib ki, bıçaqlanma hadisəsindən sonra şagirdlərdən biri aptekə gedərək oradan dərman almaq istəyib: “Bizə aptekdən zəng etdilər ki, şagirdlərdən biri dərman almaq istəyib. Dərhal maraqlandıq və təcili tibbi yardıma müraciət etdik. Mənim təlim-tərbiyə üzrə müavinimin müşayəti ilə Rahib xəstəxanaya çatdırıldı”.

İlkin araşdırmalar zamanı məlum olub ki, şagirdlər arasında qanlı davaya səbəb olan mübahisə onlardan birinin məktəbin koridorunda qızlara yol verməməsi olub. Samir Fətullayev bunu həmin şagirdə irad tutub və mübahisə böyüyüb. Daha sonra mübahisəyə qoşulan Rahib isə Samir tərəfindən bıçaqlanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar