Bakının Xəzər rayonunda yaşayış evinə basqın olub
Bu barədə teleqraf.com-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, hadisə rayonun Türkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Rəşid Quliyevin evinə naməlum şəxslər basqın edib.
Başlarında maska olan şəxslər ev sahibinə hədə-qorxu gələrək 1500 manat pulunu aparıblar. Evə basqın edənlərin 5 nəfər olduğu və onların başlarında maska olduqları bildirilir.
Hazırda cinayəti törədən şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat-axtarış tədbirləri keçirilir.
Faktla bağlı cinayət işi başlanıb.