Bakıda yol-nəqliyyat hadisəsi törətmiş şəxs tutulub
PİA.AZ Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Xətai Rayon Polis İdarəsi 37-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də Günay Nəsirovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Wolkswagen” markalı avtomobilin sürücüsü - Gəncə şəhər sakini Rəşad Məmmədov saxlanılıb.
Araşdırma aparılır.
pia.az