Bakıda avtomobil xəndəyə düşüb
PİA.AZ trend-ə istinadən xəbər verir ki, bu gün səhər saat 10:00 radələrində paytaxtın Babək prospekti ilə hərəkətdə olan minik avtomobili qəzaya uğrayıb.
Avtomobil "Days Hotel"in yaxınlığında yolda kommunikasiya xətlərinin çəkilməsi üçün qazılmış xəndəyə düşüb.
Hadisə nəticəsində sürücü yüngül xəsarət alıb, avtomobilə isə ciddi ziyan dəyib.
pia.az