Bakıda ticarət obyektlərinin qarət edən şəxs polis tərəfindən saxlanılıb
APA TV-nin məlumatına görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindəki obyektlərin qarət edilməsi ilə bağlı 102 xidmətinə məlumat daxil olub. Sabunçu polisi dərhal əməliyyat- axtarış tədbirlərinə başlayıb. Tezliklə ticarət obyektlərini qarət edən 33 yaşlı Ceyhun Vəliyev saxlanılıb.
İlkin dindirilmə zamanı Ceyhun Vəliyev törətdiyi əməli etiraf edib. O bildirib ki, plastik qapı və pəncərələrini qıraraq, daxil olduğu ticarət obyektlərini qarət edərək pulları yeyib-içməyə xərcləyib.
Qeyd edək ki, saxlanılan şəxs əvvəllər oğurluq üstündə məhkum olunub. Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.