Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda kütləvi dava – 3 Gürcüstan vətəndaşı bıçaqlandı


Ötən axşam saat 20 radələrində Nizami rayonu ərazisində, “Koroğlu” metro stansiyasının yaxınlığında kütləvi dava qeydə alınıb


Dava nəticəsində 3 nəfər Gürcüstan vətəndaşı olan yaxın qohumlar – 1990-cı il təvəllüdlü İsmayılov Musa İsa oğlu, 1995-ci il təvəllüdlü Mirzəliyev Səxavət Rizvan oğlu, 1992-ci il təvəllüdlü Məmmədov İbrahim Şaban oğlu bıçaqlanıblar.

Yaralılar təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilərək dərhal əməliyyat otağına götürülüblər və əməliyyat olunublar. Həkimlərin verdiyi məlumata görə, Musa İsmayılovda qarnın ön divarının və sağ biləyinin kəsilmiş-deşilmiş yarası, İbrahim Məmmədovda qarnın çoxsaylı kəsilmiş-deşilmiş yaraları, Səxavət Mirzəliyevin isə sol əlində bıçaq xəsarətləri aşkar edilib. Sonuncuya tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Yaralılardan iksi isə əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri ağır hesab olunur.

Baş vermiş hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə məlumat verilib.

Hadisənin təfərrüatı ilə bağlı zərəçəkmişlərin yaxınlarının verdiyi məlumata görə, hər iki şəxs 8-ci km qəsəbəsində yerləşən maşın bazarında avtomobillərin üzlükərinin dəyişdirilməsi işi ilə məşğul olurlar. Hadisə onlar işdən çıxandan sonra baş verib. M.İsmayılov və İ.Məmmədov “Koroğlu” metro stansiyasının yaxınlığındakı kafelərin birində yeyib-içdikdən sonra tanımadıqları şəxslərlə mübahisələ ediblər. Mübahisə zəminində bıçaqlanıblar.

25-ci polis bölməsindən fakt təsdiq edilib və bilidirilib ki, hazırda hadisəni törədən şəxslərin müəyyənləşdirilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. (Salamnews)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar