Bakının Suraxanı rayonunda ata oğlu tərəfindən döyülərək burunu sındırılıb
Hadisə İlham Şükürov küçəsi 27 ünvanında baş verib.
Belə ki, 1948-ci il təvəllüdlü Əsgərov İdris Səfər oğlu oğlu ilə mübahisə edib. Mübahisə zamanı o, döyülüb. Üz və bədən nahiyələrindən xəsarət alan İ.Əsgərov 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlər onun burun sümüyünün sındığını bildirib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. (report.az)
pia.az