Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda kef çəkmək istəyən əcnəbini soydular - 3 qadın tutuldu


İyunun 20-də DİN-in "102 Zəng Mərkəzi"nə Səbail rayonunun Neftçilər prospekti ərazisində İraq vətəndaşı olan bir turistin gecə saat 3.30 radələrində 3 min manat pulunun və mobil telefonunun oğurlanması barədə məlumat daxil olub


DİN Mətbuat Xidmətindən verilən məlumata görə, məlumat dərhal aidiyyatı üzrə Səbail RPİ-nin 9-ci Polis Bölməsinə ötürülüb. Bölmənin rəisi Elsevər Qədirovun rəhbərliyi ilə əməliyyat qrupu yaradılıb və polislər hadisə yerinə gələrək araşdırmalara başlayıblar. 

Məlum olub ki, ölkəmizə turist kimi səfərə gəlmiş İraq vətəndaşı Manaf Abdulməcid həmin gün tanış olduğu 3 qadını kirayədə qaldığı mənzilə dəvət edib. Qısa tanışlıqdan sonra Manafın hamam otağında olduğu müddətdə həmin qadınlar evi tərk ediblər. Geri qayıdan M.Abdulməcid əl çantasında olan 3000 manat pulunun və "Samsung" markalı mobil telefonunun aparıldığını aşkar edib.

Polisin onların əlamətləri barədə sorğusuna cavab olaraq Manaf həmin qadınlardan birinin qolunda xüsusi görünüşü ilə fərqlənən döymə olduğunu da bildirib.

Təhlükəsiz Şəhər kameralarının görüntüləri əsasında həmin vaxt binadan çıxan qadınların taksiyə əyləşərək getdikləri müəyyən edilib. Taksinin sürücüsü qısa vaxtda tapılaraq Polis Bölməsinə dəvət edilib və həmin vaxt sərnişin qismində tanımadığı 3 qadını Fəvvarələr meydanı yaxınlığına apardığını bildirib.  

Əməliyyat-axtarış tədbirləri nəticəsində qolunda göstərilən əlamətlərdə döymə olan qadınlardan biri - B.D Fəvvarələr meydanı yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib. O, oğurluğu tanışları olan D.B və J.H ilə birlikdə törətdiklərini etiraf edib. Əməliyyatçılar həmin qadınların da yaşadıqları ünvanları müəyyən edərək onları şübhəli şəxs qismində Polis Bölməsinə gətiriblər.  

Faktla bağlı araşdırma aparılır.

Əcnəbi turist cinayətin "isti izlər"lə açılmasına görə polis əməkdaşlarına minnətdarlığını bildirib.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar