Bakı şəhərində keçmiş məhkumdan 5 kiloqram narkotik götürülüb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mail Ağayevin yaşadığı evə baxış zamanı oradan 5 kiloqram 170 qram marixuana aşkar edilərək götürülüb.
pia.az