Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda işdən çıxarılan gülənçi “NUR“ məscidi tikdiribmiş

Qafqaz Universitetinin işdən çıxarılan prorektoru Şaiq Nəbiyevlə bağlı maraqlı məlumatlar üzə çıxıb


Nəbiyev Azərbaycanda Fətullah Gülənin əsas təbliğatçılarından bir hesab olunur. O, təmsil etdiyi cərəyan üçün kifayət qədər böyük işlər görmüş adam kimi həmişə "gülənçilərin" diqqət mərkəzində olub. 

Araşdırma zamanı məlum olur ki, Nəbiyev nurçuluğun təbliği üçün bir məscid də tikdirib. Yardımlı rayonunun Ostayır kəndində anadan olan Şaiq Nəbiyev məscidi elə öz kəndində inşa etdirib. Məlumata görə, Nəbiyev 2000-ci illərdə kənddə köhnə şiə məscidin yerində ucaltdırdığı məscidin adını da "Nur" qoyub.

AzNews.az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün kənd sakinləri ilə əlaqə saxlayıb. Sakinlər xəbəri təsdiqləyiblər. Onların sözlərinə görə, sözügedən məscidə "Nur" adının qoyulması kənddə narazılıqla qarşılanıb. Əhalisi şiə olan kənd sakinlərinin uzun mübarizəsindən sonra, cəmi bir neçə il əvvəl həmin "NUR" sözü məscidin üstündən sökülüb. Yalnız bundan sonra camaat məsciddən istifadə etməyə başlayıb. 
Məlumat üçün bildirək ki, Yardımlı camaatı qatı şiədir, onlar nəinki hansısa cərəyana, hətta sünnilərə qarşı radikal kəsim hesab olunurlar. 

Xatırladaq ki, Qafqaz Universitetin tərbiyə işləri üzrə prorektoru və Rəyasət Heyətinin üzvü Şaiq Nəbiyev vəzifəsindən bu gün azad olunub və RH-nin üzvlüyündən çıxarılıb.(aznews.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar