Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Təbriz küçəsində və Salatın Əsgərova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən hissə-hissə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən həmin istiqamətdə sıxlığın yaranmaması üçün öncədən hərət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
pia.az