Sabunçu rayonunda iki nəfər itkin düşüb
APA-nın məlumatına görə, mayın 27-də Bakıxanov qəsəbəsi Əli Kərim küçəsi ev 5-də yaşayan 1992-ci il təvəllüdlü İmran Malik oğlu Məmmədov yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Analoji hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, Çiləgir yaşayış sahəsi yeni tikilidə yaşayan 1986-cı il təvəllüdlü Gülnar Fərman qızı Fərruxova evdən çıxıb və bir daha geri qayıtmayıb.
pia.az