Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda hüququn bütün sahələrini əhatə edən kitab mağazası açıldı - Fotolar


Bakıda bir ilk: hüququn bütün sahələrini əhatə edən kitab mağazası açıldı


Bu gün (25 fevral) Bakının Lev Tolstoy küçəsi 191 ünvanında “Hüquq ədəbiyyatı” adlı ixtisaslaşmış kitab mağazasının açılıq mərasimi keçirilib.

Kitab mağazasında hüququn bütün sahələrinə aid kitabları tapmaq mümkün olacaq. Burada hüquqşünaslar, hüquq fakültələrinin müəllimləri, aspirantlar və tələbələr, hüquq-mühafizə orqanlarının işçiləri, nəzəriyyəçilər, eləcə də kütləvi oxucular həm Azərbaycan dilində, həm də digər dillərdə hüquq üzrə çap olunmuş ən yeni ədəbiyyatı əldə edə biləcəklər. 

Bu baxımdan mağaza Bakıda bir ilk sayılır və bu ideyanın təşəbbüskarı, eyni zamanda mağazanın sahibi hüquq elmləri doktoru, professor İlham Rəhimovdur.

Açılış mərasimində tanınmış hüquqşünaslar, ölkədən və xaricdən gələn ziyalılar, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Mağazanın açılışını Bakı Dövlət Universitetinin keçmiş rektoru, hüquq elmləri doktoru, professor Firudin Səməndərov etdi. O, gələn qonaqları salamlayaraq, bu layihənin faydalarından danışdı:

“Hər bir tədbirin cəmiyyət üçün müəyyən effekti var.Xüsusən də hüquq elmlərinin təbliği üçün bu kitabxananın açılışını böyük hadisə hesab edirəm. Mənə elə gəlir ki, bu, hələ gecikmiş addımdır. Dünyada iki böyük məktəb olub ki, onlardan biri də Platonun məktəbidir. Bu, bəşəriyyətin inkişafına böyük işıq saçıb.Kitab bir işıqdır. Kitabsız insan isə kordur. Nə qədər savadlı olsan da, kitab insanın həyatına işıq saçır. Bu mənada professor İlham Rəhimovun tədbirini yüksək qiymətləndirirəm. Platonun açdığı məktəb beşinci əsrdə bağlanıb. Ancaq bu məktəb qeyd etdiyim kimi bəşəriyyətə böyük işıq saçıb. Ondan bir dəfə soruşublar ki, insan nə ilə məşğul olmalıdır. O isə cavab verib ki, hər kəs bacardığı işi görməlidir. Hüququn inkişafında Roma xüsusi rol oynayıb. Hətta eradan əvvəl ikinci əsrdən, bizim eranın üçüncü əsrinə qədər olan dövrü “qızıl dövr” adlandırırlar. Həmin zaman kitabxanalar açılıb, hüquq sahəsi genişlənib. 

Bu gün açılışını etdiyimiz kitabxana da çox qiymətlidir. Doğrudur, indiki zəmanədə tələbələr kitab oxumaqdan bir qədər uzaqlaşıblar. Ancaq hesab edirəm ki, bu kitabxananın misli yoxdur. İlham Rəhimovun bu təşəbbüsünü yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu da əlavə bir işıqdır ki, yetişən gənc nəslimizə yol göstərəcək. Uğurlar arzulayıram”.

Daha sonra tədbir iştirakçıları mağazadakı kitablarla tanış olublar. Hətta tədbirə gələn bir çox professorlar, elm adamları öz kitablarını mağazaya hədiyyə də ediblər.

Açılış mərasimində iştirak edən hüquq elmləri doktoru, professor Mirağa Cəfərquliyevin də layihə barəsində fikirlərini aldıq. M. Cəfərquliyev musavat.com-a bildirdi ki, bu, cəmiyyətimiz üçün olduqca vacib bir işdir:
“Biz, hüquqşünaslar olaraq ölkəmizdə belə bir mağazanın açılmasını uzun zamandır ki, gözləyirdik. Bu barədə mənə ilk dəfə İlham müəllim məlumat verəndə, xahiş etdim ki, bu ideyanı tez gerçəkləşdirsin. Son zamanlar hər kəs bir kitab buraxıb, onu pərakəndə şəkildə satırdı. Mənim zənnimcə burada satılan kitablar, bir növ həm də yoxlamadan keçəcək. Bura brend sayılacaq mağazadır. Əgər hansısa kitabı mağaza qəbul edibsə, demək ki, o kitabın dəyəri var. Təşkilatçılara dərin təşəkkürümü bildirirəm”.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Sakit Hüseynov da musavat.com-a mağaza ilə bağlı öz fikirlərini bildirdi:

“Professor İlham Rəhimovla bir neçə il öncə söhbətimizdə o, belə bir mağazanı açmaq istədiyini bildirmişdi. İlham Rəhimovun bu təşəbbüsünü 20-ci əsrin əvvəllərində Azərbaycan maarifçilərinin fəaliyyəti ilə müqayisə etmək istəyirəm. Çünki o dövrün maarifçiləri də ölkənin şəhərlərini, kəndlərini gəzirdilər ki, yeni məktəblər, qəzetlər açsınlar. İndiki dövrdə isə çox təəssüf ki, bizim bir çox şəxslərimiz ticarət mağazaları açırlar. Lakin İlham Rəhimov bu gün bir ticarət mağazasını, kitab mağazası etdi. Bu, çox böyük fəaliyyətdir və cəmiyyətimizin inkişafı üçün də olduqca faydalı işdir. Gələcəkdə tələbələrimiz, hüquqla maralanan hər bir şəxs buradan faydalanacaqlar. Bu isə gözəl bir haldır. Bugünkü açılışda iştirak edən şəxslər bura tez-tez gələcəklər. Bu baxımdan mağazanı həm də bir, görüş yeri də hesab etmək olar”.

Huquq üzrə elmlər doktoru, professor Firuzə Abbasova da musavat.com-a danışaraq bildirdi ki, bu təşəbbüsü yüksək qiymətləndirir:

“Burada həqiqətən də hüququn bütün sahələri üzrə kitablara rast gəlmək olur. Çox gözəl haldır ki, burada hüquq fakultəsinin əlaçı tələbələrinə kitabların qiymətində 50 faiz güzəştli xidmət olunacaq. Mağazadan məni maraqlandıran bir neçə kitab aldım. Qiymətlər də çox münasibdir. Şəhərin də mərkəzidir və hesab edirəm ki, tələblərimiz də buradan faydalanacaqlar. Bu layihə olduqca önəmlidir və həqiqətən hüququn bütün sahələrini əhatə etdiyi üçün Azərbaycanda bir ilkdir”.

Sonda isə mağazanın açılmasının təşəbbüskarı, professor İlham Rəhimovun fikirlərini aldıq. İ. Rəhimov musavat.com-a bildirdi ki, bu mağazanın açılmasında məqsəd heç də maddi qazanc əldə etmək deyil:
“Bura Azərbaycanda ilk kitab mağazasıdır ki, sırf hüquq elmi ilə bağlıdır. Deyim ki, heç Moskvada da hüquq elmi ilə bağlı bu cür kitab mağazası yoxdur. Uzun zaman öncədən Azərbaycanda belə bir kitab mağazasını təşkil edib, açmağı düşünürdüm. Bu mağazanı açmaqda məqsədim maddi qazanc əldə etmək deyil. Əsas məqsidimiz hüquqi maarifləndirmə, hüquq fakültəsində oxuyan tələbələrə kömək etməkdir. Ola bilər ki, tələbə hansısa bir kitabı almaq istəyir, ancaq onun maddi cəhətdən buna imkanı çatmır. Bu baxımdan tapşırmışam ki, əgər tələbə hüquq fakültəsindən əlaçı olması ilə bağlı arayış gətirərsə, ona kitabı ya pulsuz, ya da qiymətindən 50 faiz ucuz versinlər. O cümlədən də Azərbaycanda tanınmış elm adamlarına da bu cür güzəştlər olacaq. Burada hüququn bütün sahələri nəzərə alınıb. Dünyanın hansı şəhərində yeni çapdan çıxan hüquq üzrə ədəbiyyatlar varsa, onları bura gətirəcəyik və gətirmişik. Əgər tələbəyə, elm adamına lazım olan kitab mağazada yoxdursa, sifariş verilir və o, gətirdilir. Eyni zamanda burada elə qədimi kitablar var ki, onları heç Rusiyanın özündə də tapmaq mümkün deyil. Bura təkcə rus və Azərbaycan dilində deyil, ingilis dilində olan hüquq sahəsinə aid kitabları da gətirəcəyik”.

Onu da qeyd edək ki, açılış mərasimində Rusiya Dövlət Dumasının Dağıstandan olan deputatı Zaur Askenderov da iştirak edirdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar