"Apardığımız monitorinqlər göstərir ki, Bakıda inşa edilən yeni binaların təxminən 80 faizindən çoxunda mənzillərin dövlət reysterindən çıxarışları yoxdur"
Bu sözləri Nazirlər Kabineti tərəfindən mənzilin dövlət reysterindən çıxarışının (kupça) elektron qaydada verilməsinin təsdiq olunmasını şərh edən iqtisadçı alim Vüqar Bayramov yazıb.
Ekspert bildirib ki, kupçaların elektron verilməsi həm proseduraların sayının azaldılması, həm də şəffaflığın gücləndirilməsi baxımdan müsbət haldır:
“Bununla yanaşı, kommunal xidmətlərlə tam təmin edilmiş yeni tikililərin dövlət tərəfindən təhvil alınma prosesinin sürətlənidirilməsinə ehtiyac var. İqtisadi və Sosial İnkişaf Mərkəzinin hazırladığı təkliflərdə həmçinin 2016-cı ildən əvvəl tam istifadəyə verilmiş binaların hamısının dövlət qeydiyyatına alınması və mənzillərin elektron olaraq kupça ilə təmin olunması da yer alır”.
pia.az