Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda gecə klubunda qətl - Video

Uşaqlara, əsəbi və psixikası zəif olanlara videoçarxa baxmaq məsləhət deyil


Bakıda gecə klubunda qan tökən gənclərin məhkəməsi başlanıb.  
Ağır Cinayətlər üzrə Bakı məhkəməsində, paytaxt sakinləri Ənvər Həsənov, Sücai Qulam və Füzuli rayon sakini Pərviz Ağayevin məhkəməsi başlanıb. Onlar Azərbaycan CM 120.1 (“Bir qrup şəxs tərəfindən törədilmiş qətl”), 120.2.2. (“Xuliqanlıq məqsədi ilə törədilmiş qətl”), 221,2.1 (“Qrup şəklində xuliqanlıq”) və 228.4 (“soyuq silahın qeyri-qanuni yolla əldə edilməsi, idxalı və daşınması”) maddələri ilə mühakimə edilirlər.  

1news.az-a məhkəmədən verilən məlumata görə, istintaq materiallarından bəlli olub ki, 18 oktyabr 2013-cü il tarixində Naxçıvani küçəsi ev 13C ünvanında yerləşən “Magic club” gecə klubunda müştərilərdən biri paytaxt sakini 1989-cu il təvəllüdlü Səttar Məmmədzadəyə çoxlu sayda bıçaq zərbələri vurub.   Ətrafda olanlar əl altında olan ilk avtomobillə zərərçəkəni Kliniki Tibb mərkəzinə gətiriblər. Amma həkimlərin səyinə baxmayaraq S.Məmmədzadəni xilas etmək mümkün olmayıb – o, qan itirmə nəticəsində vəfat edib.   

Ertəsi gün Binəqədi rayon Polis İdarəsi qətldə şübhəli bilinən Ənvər Həsənovu, eləcə də onunla əlbir olan Sücai Qulam və Pərviz Ağayevi həbs ediblər.   İstintaq zamanı aydın olub ki, qətl gecəsi Ə.Həsənov (1993 il təvəllüdlü) S.Məmmədzadəni təhqir edib, bundan sonra onlar münasibətlərini aydınlaşdırmaq üçün klubdan çıxıblar. Çıxışda Ənvər Həsənov gözlənilmədən Səttar Məmmədzadənin üstünə atılıb, və sinəsinə zərbələr endirməyə başlayıb.   

Bu dəhşətli hadisəni klubun nəzarət kameraları qeyd edib.   Qeyd edək ki, S.Məmmədzadə Londonda təhsil alıb və Bakıda xarici şirkətlərin birində çalışırdı.   İstintaq davam edir.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar