Fəhlə hasar tikərkən yıxılıb
Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.
PİA.AZ-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 24-də Səbail rayonunun Badamdar qəsəbəsində qeydə alınıb.
Biləsuvar rayon sakini, 23 yaşlı Əlkömək Muradov hasar tikərkən yıxılaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
pia.az