Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda ət “rekord” vurur: 15 gün sonra kəskin bahalaşma gözlənilir


Son aylarda ət və ət məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunur. Bu günlərdə isə qiymətlərdə yenə də artım olub. Belə ki, dana əti (sümüklü) 13.50 manat, sümüksüz 14.50-15 manat, quzu əti isə 15 manatdan başlayan qiymətlərlə satılır. Qeyd edək ki, bir neçə gün öncə ət və ət məhsullarının qiyməti hazırki qiymətlərdən təxminən 2-2.50 manat ucuz idi


Cebhe.info-nun məlumatına görə, yaxın günlərdə ət və ət məhsullarının qiymətində yenidən bahalaşma olacaq.

Bu haqda əməkdaşımızla söhbət edən qəssablar bildirib ki, Qurban bayramı ərəfəsindən qiymətlər daha da artacaq: “Bayram yaxınlaşdıqca ət və ət məhsullarına təlabat artır. Rayonlarda isə ucuz dana, quzu demək olar ki, yoxdur. Bir müddət öncə 1000 manata aldığımız dana bu gün 1300-1400 manata satılır. Buna görə də bazarda ət qıtlığı yaranır və təbii olaraq qiymətlər artır. Bayram ərəfəsində isə ətə olan tələbat daha da artacaq. Bu da qiymətlərin daha da kəskin şəkildə bahalaşmasına səbəb olacaq”.

Qiymətlərin bahalaşma səbəblərinə gəlincə isə həmsöhbətimiz bunu yem məhsullarının qiymətinin yüksək olması ilə izah edib:

“Digər tərəfdən indi yay ayları olduğundan hələ ət və ət məhsullarına təlabat o qədər da çox deyil. Çünki hər kəs mövsümü tərəvəzlərlə, meyvələrlə qidalanır. Ancaq isti havalar artıq bitmək üzrədir. Payız, qış aylarında hər kəs ət alacaq. Bu da qiymətlərin artmasına səbəb olacaq. Ət və ət məhsullarının qiymətinin artmasının bir səbəbi də otlaq sahələrinin az olması, ot bağlarının isə həddindən artıq baha olmasıdır. Bu gün 1 bağ otun qiyməti 5 manatdan yuxarıdır. Kəndli də bu pula ot alanda təbii ki, satdığı heyvanın qiyməti də baha olacaq. Bu səbəbdən yaxın günlərdə qiymətlərin daha kəskin bahalaşacağı gözlənilir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar