Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda demoqrafik böhran varmı? - Əhalinin Bakıya üz tutmasının əsas səbəbləri...


Ekspert: “Kənd təsərrüfatında mənfəət norması aşağıdır və bu sektor ölkədə ən aşağı əmək haqqı müşahidə olunan sahələrdən biridir. Buna görə də regionlarda yaşayan insanlar Bakıya üz tutdular”


“İcra hakimi və digər yerli idarəetmə qurumları daha loyal biznesə, fərdi məşğulluğa imkan yaradan bir mövqe ortaya qoyurlarsa, həmçinin inhisarlaşmaya meyililik aşağı olanda və müəyyən qədər hüquqi təminat olanda bu zaman kəndlilərdə nisbətən yaşam səviyyəsi də yüksək olur”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov Azərbaycan əhalisinin yarısının Bakıda toplaşmasının səbəblərini PİA.AZ-a şərh edərkən qeyd edib.

Bu ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 16,5 min nəfər artaraq 2018-ci il aprel ayının 1-i vəziyyətinə 2266,0 min nəfərə çatıb. Bakı Şəhər Statistika İdarəsindən  verilən məlumata görə, əhalinin 49,7%-ni kişilər, 50,3%-ni qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 1058 nəfər olub. Amma Azərsu ASC-nin, Azərişıq ASC-nin yaydıqları rəsmi məlumatlar fərqlidir. Misal üçün Azərsu ASC və Azərişıq ASC-nin məlumatlarında göstərilir ki, BakıBakı ətrafı kəndlərdə onlar 4 milyondan artıq abonentə xidmət edirlər. Bu isə o deməkdir ki, Azərbaycan əhalisinin yarısı, bəlkə də yarıdan çoxu Bakıda toplaşıb.

Azərbaycanda demoqrafik böhran üçün əsas varmı və kəndlərimiz Rusiyada olduğu kimi boşala bilərmi? Ağır dolanışıq ucbatından əhalinin Naxşıvan, Gəncə kimi iri şəhərlərinə deyil, ancaq Bakıya üz tutmasının səbəbləri nədir və yaranmış mənzərə onu deməyə əsas verirmi ki, regionlarda aparılan iqtisadi siyasət yanlışdır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı  iqtisadçı-ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.



Rəşad Həsənov: “Bu siyasət növbəti orta və uzun müddətli dövrlərdə davam etdirilərsə, əlbəttə ki, Azərbaycanda kəndlərin boşalması mümkündür”.


Ölkə iqtisadiyyatının əsasını təşkil edən neftin Abşeron yarmadasında olduğunu vurğulayan iqtisadçı Rəşad Həsənova görə, buna görə Abşeron yarımadasında yeni iş yerlərinin yaranması, yəni əmək bazarlarına çıxış imkanlarının geniş olması, bundan əlavə də əldə olunan əmək haqqı səviyyəsinin regionlarla müqayisədə nisbətən daha yüksək olması əhalini gəlməsinə səbəb olub:

“Bu məsələ uzun müddətdir müakirə olunan məsələdir. Ümumiyyətlə qlobal tendensiya şəhərləşmə istiqamətində gedir. Yəni dünyanın hər yerində urbanizasiya problem var. Amma hazırda əksər ölkələrdə bunun qarşısın almaq üçün effektiv dövlət proqramları həyata keçirilir. Azərbaycanda isə urbanizasiya problem xüsusi ilə 2000-ci illərin əvvəllərindən daha çox surətlənməyə başladı. Belə ki, ölkə iqtisadiyyatının əsasını təşkil edən neft Abşeron yarmadasınadır. Neft vəsaitlərinin təbii olaraq Abşeron yarmadasına təsiri çoxdur. Həmçinin Azərbaycan iqtisadiyyatının əhəmiyyətli hissəsi, yəni 80 faizdən artıq bir hissəsi Abşeron yarmadasında cəmləşib. Bu isə öz növbəsində yeni iş yerlərinin yaranması, yəni əmək bazarlarına çıxış imkanlarının geniş olması, bundan əlavə də əldə olunan əmək haqqı səviyyəsinin regionlarla müqayisədə nisbətən daha yüksək olması kimi sosial səbəblərdən qaynaqlanır. 

Bundan başqa həyat standartları dəyişdikcə insanlar infrastrukturun daha təkmil və daha əlçatan bölgələrə üz tuturlar. Yəni burada keyfiyyətli təhsil xidməti, regionlarla müqayisədə Bakıda səhiyyə xidmətləri, tikinti sahəsi təmərküzləşib. Son dövrlərdə, xüsusən də 2002-ci ildən sonra ölkə iqtisadiyyatında əsasən əmək bazarını formalaşdıran tələb sektorlarından biri tikinti idi. Bütövlükdə götürəndə neft vəsaitləri hesabına digər sektorların müəyyən qədər irəliləməsi fonunda kənd təsərrüfatına maraq aşağı düşdü. Çünki kənd təsərrüfatında mənfəət norması aşağıdır və bu sektor ölkədə ən aşağı əmək haqqı müşahidə olunan sahələrdən biridir. Buna görə də regionlarda yaşayan insanlar Bakıya üz tutdular. Amma 2014-cü ildən sonra statistika nisbətən dəyişib. Yəni son illərdə geri qayıtmalar çox oldu.

Rəşad Həsənov: “Mümkündür ki, ucqar kəndlər hansı ki, onlar bu gün infsrastrukturla təmin edilməyiblər, o kəndlər boş qalsın”.


Ölkədə urbanizasiyanı şərtləndirən problemlər məlumdur. Bunları ümumiləşdirərək aşağıdakı kimi demək olar:

1. Regionlarda əmək bazarının, iqtisadiyyatın zəif inkişaf etməsi;
2. İnfrastrukturun olmaması. Xidmətlərə çıxış imkanlarının məhdudluğu;
3. Həyat standartlarının paytaxla və digər iri şəhərlərlə müqayisədə daha aşağı səviyyədə olması;
4. Müəyyən qədər kənd təsərrüfatının effektini itirməsi. Yəni Azərbaycanın aqrar ölkə statusunu itirməsindən qaynaqlanan bir urbanizasiya prosesinin olması.

Bütövlükdə bunlar insanları son 15 ildə şəhərdə məskunlaşmağa təşviq etdi. 

Bu səbələrdən kəndlərimizin boşalması prosesi gedir. Mümkündür ki, ucqar kəndlər hansı ki, onlar bu gün infrastrukturla təmin edilməyiblər o kəndlər boş qalsın. Həmçinin sərhəd bölgələrində yerləşən kəndlərdə həyat normalarını bərpa etmək o qədər də asan deyil. İnsanların həyatı həmin kəndlərdə müəyyən qədər narahatlıqlarla, gərginliklərlə keçir. Bu kimi bölgələrlə də kəndlərin boşalması mümkündür. 

Rəşad Həsənov: “Bu gün əksər kəndlərdə o təbəqə məskunlaşıb ki, onlar iqtisadi passiv əhali sayılırlar”.


Eyni zamanda kəndlərin boşalmasında yerli idarəetmənin də təsirlərini vurğulamaq lazımdır. Yəni hansı ki, icra hakimi və digər yerli idarəetmə qurumları daha loyal biznesə, fərdi məşğulluğa imkan yaradan bir mövqe ortaya qoyurlarsa, həmçinin inhisarlaşmaya meyililik aşağı olanda və müəyyən qədər hüquqi təminat olanda bu zaman kəndlilərdə nisbətən yaşam səviyyəsi də yüksək olur. Hansı bölgələrdə icra hakmiyyəti və yerli idarəetmə orqanları tərəfindən sərt yanaşma sərgilənəndə o bölgələrdən qaçış daha çox hiss olur. 

Mümkündür ki, bu siyasət növbəti orta və uzun müddətli dövrlərdə davam etdirilərsə, əlbəttə ki, Azərbaycanda kəndlərin boşalması mümkündür. Bu gün əksər kəndlərdə o təbəqə məskunlaşıb ki, onlar iqtisadi passiv əhali sayılırlar. Yəni onlar məktəbdə, poliklinikada, kitabxanalarda çalışan və bir də yaşlı nəsildir. Gənclər isə çox surətlə kəndləri tərk edir ki, bu da sonuçda nəsil dəyişməsi fonunda bu kəndlərdə yaşayışın surətlə azalmasına gətirib çıxardacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Canlı yayım

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Ən çox oxunanalar