Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda daşınmaz əmlak bazarında qiymətlər dəyişdi


2017-ci ilin noyabrında Bakıda daşınmaz əmlak bazarında qiymətlər manat ekvivalentində 0,94 faiz azalıb


Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, ötən ay torpaq və ikinci mənzil bazarında qiymətlər artıb, ilkin mənzil, kommersiya obyektlərinin satışı və onların icarəsi bazarında qiymətlər azalıb: “Noyabr ayında ikinci mənzil bazarında kvadratmetrin qiyməti 1 627 manat təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 1,16 faiz çoxdur. İlkin mənzilin dəyəri 0,27 faiz azalıb və bir kvadratmetri 1 238 manat təşkil edib. Bakıda noyabr ayında mənzil icarəsi bir kvadratmetr üçün 8,49 manat təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 1,19 faiz azdır. Noyabr ayında torpaq bazarı 2,48 faiz artıb və bir sot torpaq üçün 20 349 manat təşkil edib”.

Onun sözlərinə görə, noyabr ayında kommersiya obyektləri bazarında qiymətlər azalmaqda davam edib: “Kommersiya obyektlərinin bir kvadratmetri üçün orta qiymət 2 588 manat təşkil edib ki, bu da ötən ayla müqayisədə 2,31 faiz azdır. Onların icarəsi isə 1,83 faiz azalıb və 13,65 manat təşkil edib”.

Ekspert qeyd edib ki, ümumilikdə ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlak bazarında qiymətlər 7,73 faiz azalıb: “İkinci mənzil bazarında qiymətlər il ərzində 13,79 faiz, mənzil kirayəsi 17,04 faiz, torpaq kirayəsi 1,23 faiz azalıb. Ötən ilin noyabr ayı ilə müqayisədə kommersiya obyektləri bazarında qiymətlər 21,31 faiz, ilkin mənzil və kommersiya obyektlərinin kirayəsi bazarında müvafiq olaraq 13,79 və 17,68 faiz azalıb”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar