Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən hündürmərtəbəli binanın damına çıxan orta yaşlı kişi intihara cəhd edib.
Hadisə şahidlərinin Publika.az-a verdiyi xəbərə görə əraziyə Fövqəladə Hallar Nazirliyinin və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.
Yasamal Rayon Polis İdarəsundən Publika.az-a bildirilib ki, intihara cəhd edən kişinin şəxsiyyəti hələlik məlum deyil. Polis əməkdaşları intihar etmək istəyən şəxslə danışıqlar aparır.