2 qadın zəhərlənib
Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan boya sexində yanğın hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, yanğın zamanı boya sexinə bitişik olan çörəkbişirmə sexində işləyən şəxsiyyətləri məlum olmayan 2 nəfər qadın tüstüdən zəhərlənib və Təcili Yardım Xidmətinə təhvil verilib.
Obyektlər yanğından mühafizə olunub.