Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda bir gündə 50-dən çox məhkum cəzadan azad edildi

İyunun 21-də Ədliyyə Nazirliyinin Nəsimi və Sabunçu rayon icra şöbələrində vətəndaş cəmiyyətinin, məhkumların qohumları və yaxınlarının, media nümayəndələrinin iştirakı ilə bu amnistiya aktının icrası həyata keçirilib


Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirlərdə amnistiya aktının məhkumlar və bütövlükdə cəmiyyətimiz tərəfindən alqışlandığı, humanizm siyasətinin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi vurğulanıb, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə elan olunmuş sayca 4-cü amnistiya aktının mahiyyətindən və əhəmiyyətindən bəhs olunub.
 
Amnistiya aktının Nəsimi və Sabunçu rayonları üzrə azadlıqdan məhrumetmə cəzası ilə əlaqədar olmayan cəzalara, o cümlədən cərimə cəzasına və islah işlərinə məhkum olunmuş 50-dən çox şəxsə bir gündə tətbiq edildiyi vurğulanıb.
 
Cəzadan azad olunan şəxslər dövlət başçısı cənab İlham Əliyevə və amnistiya aktının təşəbbüskarı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib, bir daha cinayət etməyəcəklərinə və qanunlara hörmət ruhunda davranaraq Vətənə və xalqa sədaqətlə xidmət edəcəklərinə söz veriblər.
 
Amnistiya aktının icrası davam etdirilir.
 
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclis tərəfindən "28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Qərar qəbul edilib.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar