Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda bəy gəlini niyə döydü?


Gəlini ilə dalaşan bəy izahat yazıb


Bakının Nizami rayonunda keçirilən toy məclisində görünməmiş hadisə baş verib. 

Nizami rayon Polis İdarəsindən ans press-ə verilən məlumata görə, aprelin 25-də “Xudafərin” şadlıq sarayında keçirilən toyda bəylə gəlin arasında şəxsi münaqişə zəmnində dava düşüb. Dava zamanı bəy gəlinini vurub. Sonradan davaya toya gələn qonaqlar müdaxil ediblər.

Qonaqların müdaxiləsindən sonra dava yatırılıb və toy mərasimi davam edib. Sonradan bəy Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsinə dəvət olunub. Bəy izahat yazıb və sərbəst buraxılıb.

İşi araşdıran təhqiqatçı Rövşən Rəhimlinin verdiyi məlumata görə, mübahisə toy qurtarana yaxın olub. Mübahisə valideynlərlə bağlı yaranmış narazıçılıq səbəbindən yaranıb.

“Əslində elə ciddi hadisə olmayıb. Deyildiyi kimi bəy gəlini döyməyib. Problem artıq həll olunub”, - deyə Rövşən Rəhimli bildirib.

Hadisə baş verən şadlıq sarayından bildirdilər ki, toyun ortasında bəy qəfildən gəlinlə mübahisəyə başlayıb. Sonradan onu vurub. Bundan sonra bir neçə dəqiqə toyda münaqişə yaranıb. Sonradan problem həll olunub.

“Toy qurtaranda da hər şey qaydasında olub. Bəylə gəlin zaldan vağzalı havası ilə çıxıblar”, - deyə şadlıq sarayından bildirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar