Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda bahalı maşınları kim yandırır? - Video


Son zamanlar Qaraçuxur qəsəbəsində maşınların yandırılması halları müşahidə olunurdu


 Ən son ötən ayın əvvəlində belə hadisə baş vermişdi.

Vətəndaşlara məxsus nəqliyyat vasitələrinin qəsdən yandırılması barədə mətbuatda məlumatlar yayıldıqdan sonra ötən ay - iyunun 10-da bir nəfər həbs edildi. Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçuxurda 20-yə yaxın avtomobili yandırmaqda şübhəli bilinən, 1979-cu il təvəllüdlü Səfər Zöhrab oğlu Mahmudov saxlanıldı. Onun kriminal aləmlə yaxın əlaqələri olduğu və “Dəli Səfər” ləqəbi ilə tanındığı deyilirdi.

“Dəli Səfər”in həbsindən sonra yanğın xəbərləri dayandı. Lakin iyulun 4-ü axşam saatlarında Qaraçuxurda yenə bir neçə maşın yenə yandırılıb. Bu barədə musavat.com-a qəsəbə sakinləri məlumat veriblər. Hadisə qəsəbənin Yaşar Əliyev küçəsində qeydə alınıb. 

Bu əməli törədən şəxs və ya şəxslərin lüks maşınları seçməsi diqqət çəkir. Sonuncu dəfə yandırılan maşınlar arasında “Toyoto”, BMV, Mercedes, Ford markalı lüks maşınlar var. 
Hadisə şahidləri deyir ki, yanğınla bağlı bir nəfər həbs olduqdan sonra sakinlər həyətdə maşın saxlamağa başlamışdı. Lakin yenidən maşınlar yaxdırılmağa başlandı. Sakinlər təşviş içindədir. Hamı həyətində maşın saxlamağa qorxur.

Onu da qeyd edək ki, sakinlər yanğınlar başladığı vaxtdan etibarən Post Patrul Xidmətinin əməkdaşlarının və mülki geyimli polislərin qəsəbədə növbə çəkdiyini deyir. (musavat.com)

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar