Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda ayı 8 min manata kirayə bağ evi var


“Yay çoxdan girsə də dincəlmək üçün hələ bir yer seçməmişəm. Xarici ölkələrdə dincəlmək bizə görə deyil. Azərbaycandakı istirahət yerləri xaricdən də bahadır. Ona görə ayı 100-150 manata ucuz bağ evi axtarıram. Dəniz olsun, uşaqlar çimsin, qumda oynasınlar, bəsimizdir...”


Bunu müəllim Tamerlan Babayev deyir. 

O, 4 nəfərlik ailəsi üçün bağ evi axtarır. Yayın ortasıdır deyə istədiyi qiymətə bağ evi tapmaq asan deyil.

Ev dəllalı Şahin Kərimov deyir ki, bir az gözləsin, uyğun variant olan kimi ona xəbər edəcək. Dəllal yarızarafat-yarıgerçək söyləyir ki, “istirahət üçün Bakı bağlarını seçənlər ya kasıblardır, ya da çox varlılar”.

Kirayə verilən bağ evləri arasında ən geniş yayılanların aylıq kirayə haqqı ortalama 500 manatdır. Bunu isə kirayə bazarı üzrə ekspert Nüsrət İbrahimov deyir.

N.İbrahimov deyir ki, yay mövsümündə bağ evlərinin qiyməti artır. Qiymətlər isə evin dənizə yaxın olması, otaqların sayı, içindəki şəraitə görə dəyişir:​ “Ən ucuz bağ evini ayı 150-200 manata tapmaq olar. Bunlar adi, kiçik həcmli bağ evləridir. Kasıb təbəqə üçündür. Ən bahalı bağ evlərinin qiyməti isə ayı 3 min manatdır. Bunlar villalar, bahalı obyektlərdir. Dənizə çox yaxın, içində isə hər cür şəraiti olur”.

Bağ evlərinin kirayəsi ilə bağlı elanların birində Bilgəh kəndində iki elan xüsusi diqqət çəkir: ikimərtəbəli 5 otaqlı 7min manata və 7 otaqlı 8 min manata olan evlər.

Həmin evləri kirayə verən şirkətin əməkdaşının sözlərinə görə, 7 min manat 2 ayın qiymətidir. Yəni aya 3 min 500 manat düşür. 8 min manat isə elə bir aylıq kirəhaqqıdır: “8 min manatlıq ev avrotəmirlidir, düz dənizin yanındadır”.

Xanim əməkdaş deyir ki, bu cür evlərin elə bu qiymətə müştəriləri çox olur. “Bahalı evlərin bahalı da müştəriləri olur”.

Bundan başqa Novxanıda ikiotaqlı bağ evinin kirayə haqqı 1800 manatdır. Buzovnada 3 otaqlı ev isə 1200 manatdır. Ayı 700-min manata olan evlər də az deyil.

“Əvvəl bağ evləri çox sadə olurdu. 2-3 otaqlı xudmani evlər. Həyətdə yaxşı qum, 5-10 əncir ağacı, talvar olurdu. Su da çirkli deyildi, ürəklə baş vururduq. İndi belə evlər azdır. Çoxu evini varlılara satıb. Onlar da həmin evləri söküb yerində 3-4 mərtəbəli villalar tikiblər. Hasarları da ki, nə hündürlükdə. Nə bilim vallah, mənim ürəyim götürmür elə şeyləri. Görməmişlik kimi baxıram. Deyərlər, özünün yoxdur, ona görə belə deyirsən. Ancaq elə deyil. Gərək Bakı kəndlərində elə evlərin tikilməsinə icazə verməyəydilər. Çünki dədə-babadan elə olmayıb” - bunu “Azadlıq”a köhnə bakılı Həsənağa Əliyev deyir.

H.Əliyev deyir ki, bir neçə ilə əvvəl Mərdəkandakı bağ evinin qonşuluğunda iri hasarlı 3 mərtəbəli ev ucalıb: “İki günün içində gəldi aldı, sökdü, yerində nə boyda ev tikdi. Sağlığına qismət. Ancaq adam sıxılır, öz həyətində qurdalana da bilmir. Həmin evin sahibi qonşum idi. Dedim satma, imkansızlıqdan satdı. Məndən də çox baha qiymətə bu bağı almaq istəyənlər var. Ancaq satmıram. Acığa satmayacağam. Çünki bilirəm, söküb yerində imarət ucaldacaqlar. Hə, onda atamın-babamın sümükləri sızıldayacaq. Babam Ənvər kişi deyəcək ki, Həsənağa, utanmadınmı, evi ona-buna satdın...”

Bağ mövsümü bir aydır başlayıb. Həsənağa Əliyevin evi kimi bağ evlərinin 200 manata, qonşusunun villası kimi evlərin isə 3-5 min manata kirayə verildiyi bağ mövsümü... (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar