Azadlıq prospektində “BMW” ağaca çırpıldı
Bu gün axşam saatlarında Bakının Azadlıq prospektində yol nəqliyyat hadisəsi baş verib.
“BMW” markalı “90 SH 522” dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək maşını ağaca çırpıb.
Qəza nəticəsində sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır. (oxu.az)
pia.az