“İVECO” markalı avtobus yanıb
Bakıda yanğın hadisəsi qeydə alınıb.
“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonununda “İVECO” markalı avtobusun mühərrikində elektrik avadanlıqları və salonunda iki arxa oturacağı yanıb.
Avtobusun qalan hissələri yanğından mühafizə olunub.
pia.az