Binəqədi rayonunda yanğın baş verib
PİA.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 270 m² olan anbarın yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
pia.az