Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda ana və qızının dəhşətli - Təfərrüat

Ötən gecə Bakı şəhərinin Xətai rayonunda ana və qızını amansızlıqla öldürən şəxs tutulub


 Xətai rayonu Naximov küçəsi 45/5-də həyat yoldaşı, 1987-ci il təıvəllüdlü İsgəndərova Günay Hüseyn qızı ilə, qayınanası, 1954-cü il təvəllüdlü Çirinova Ətir Şirin qızını xüsusi amansızlıqla öldürən Ağdam rayon sakini İsmayılov Ramiz Səfər oğlu könüllü olaraq polisə təslim olub.

 O, cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.

Məlumata görə, qanlı hadisə dünən saat 22 radələrində törədilib. Ramiz İsmayılov hadisədən 1 saat sonra polisə gedərək bu barədə məlumat verib.

O da bildirilir kİ, qətli törədən şəxslə həyat yoldaşının rəsmi nikahı olmayıb. R.İsmayılov Naximov küçəsindəki binanın həyətindəki qarajda yaşayırmış və bir müddət əvvəl Günay İsgəndərova ilə birgə yaşamağa başlayıb. Bu günlərdə ailədə düşən münaqişə səbəbindən 31 yaşlı qadın anasının yanına qayıdıbmış.

Faktla bağlı araşdırmalar davam etdirilir.


*****

Gecə saatlarında paytaxtda qətl törədilib. Kürəkən öz həyat yoldaşını və qayınanasını öldürüb.

APA TV-nin məlumatına görə, hadisə Bakının Xətai rayonu, Naximov küçəsində qeydə alınıb.

Ailə-məişət zəminində törədilmiş hadisə zamanı 1987-ci il təvəllüdlü Günay İsgəndərova və onun anası, 1954-ci il təvəllüdlü Mahirə İsgəndərova çoxsaylı bıçaq xəsarətləri alıb.

Məlumata görə, G.İsgəndərova ailədaxili münaqişə səbəbindən bir müddət imiş ki, atası evində yaşayırmış. Onun əri də bu gecə həmin evə gəlib və yenidən münaqişə yaranıb. Münaqişə zamanı G.İsgəndərovanın əri onu və münaqişəyə müdaxilə edən anası M.İsgəndərovanı bıçaqlayıb. Çoxsaylı bıçaq zərbələrindən sonra qan itirən ana ilə qızı dünyasını dəyişib. Onların meyiti digər ailə üzvləri tərəfindən aşkarlanıb. Hadisəni törədən şəxs isə qaçaraq gizlənib.

Hazırda polis onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi də başlanılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar