Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda ana və oğlunun qətli ilə bağlı tam təfərrüat

Janna Məhərrəmova ona kofe süzsə də...


Yanvarın 18-də Nərimanov rayon Hacı Məmmədov küçəsi, ev 4, mənzil 8 ünvanında 34 yaşlı Aleksandr Məhərrəmov və anası, 67 yaşlı Janna Məhərrəmovanın qətlə yetirilməsi ilə bağlı bəzi məqamlar dəqiqləşib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisəni törədən 1979-cu il təvəllüdlü Allahverdiyev Ruhi Kamal oğlu narkotik vasitə aludəçisi olub. Daha əvvəl də məhkum edilmiş R. Allahverdiyevin yanvarın 16-dan başlayaraq ağrıları başlayıb və “lomka”dan çıxmaq üçün təcili pul axtarışına çıxıb. Santexnika ustası işləyən R. Allahverdiyev alətlərini yığaraq əvvəldən tanıdığı Məhərrəmovların evinə yollanıb. Bu arada qeyd edək ki, R.Allahverdiyev daha əvvəl Məhərrəmovlardan pul alsa da, onların evində vəd etdiyi işləri görməyibmiş.
 
 
Beləliklə, yanvarın 17-də səhər saatlarında R. Allahverdiyev Aleksandr Məhərrəmov və anasının yaşadığı evə gələrək qapını döyüb. Məhərrəmovlar onu pis qarşılamayıb, lakin bildiriblər ki, görməli olduğu işi artıq başqa usta həll edib. Bundan sonra Janna Məhərrəmova usta inciməsin deyə ona kofe süzüb və masaya dəvət edib. Lakin nəyin bahasına olursa-olsun, pul almaqda qərarlı olan usta niyyətini həyata keçirib. O, A. Məhərrəmov hamama keçən kimi özü ilə gətirdiyi çəkiclə Janna Məhərrəmovanın başına iki zərbə endirib. Səsə A.Məhərrəmov çıxıb və usta bu dəfə onun başına iki zərbə endirib. Daha sonra ana və oğlunun öldüyünə əmin olmaq məqsədi ilə o, döşəmədə hərəkətsiz vəziyyətdə olan hər iki şəxsin başına daha 1 dəfə zərbə endirərək onların öldüyünü qətiləşdirib.
 
R.Allahverdiyev J.Məhərrəmovanın üzərindən 20, A.Məhərrəmovdan isə 200 manat götürdükdən sonra qapını arxadan bağlayaraq uzaqlaşıb.
 
Hadisə yanvarın 17-də saat 10 radələrində baş versə də, hüquq-mühafizə orqanları bundan təxminən 2 sutka sonra xəbər tutub. A. Məhərrəmovun dostlarının ondan xəbər tuta bilməməsi ilə bağlı müraciətindən sonra əraziyə əməliyyat qrupu gəlib və FHN-in xilasediciləri qapını sındıraraq içəri daxil olub.
 
Maraqlıdır ki, R.Allahverdiyev cinayəti törətdikdən sonra adi qaydada həyatına davam edib və azadlıqda qaldığı bir neçə günü evdə ailəsi ilə birgə keçirib. O, A.Məhərrəmov və anasının qətli barədə telekanallarda yayımlanan sujetləri də soyuqqanlılıqla izləyib. Hadisədən 10 gün sonra əməliyyatçılar onun evinə gəldikdə isə sakitcə əllərini qaldıraraq təslim olub.
 
Qeyd edək ki, A.Məhərrəmov iqtisadi maarifçilik sahəsində QHT rəhbəri və trener, anası isə şahmat müəllimi olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar