Bakının Nərimanov rayonu ərazisində yanğın hadisəsi qeydə alınıb
Yanğın Koroğlu Rəhimov küçəsində yeni açılmış “Xanım əllər” kafesində baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən əməkdaşları cəlb olunub, əraziyə 4 yanğınsöndürən maşın gətirilib.
Yanğının söndürülməsi istiqamətində iş aparılır.(qafqazinfo)
pia.az