Xəbər xətti

13 DEKABR

18:24 “Şərqi Qüds Fələstinin paytaxtıdır”

18:12 Fələstin İsraillə bütün sazişləri ləğv etdi- Mahmud Abbasdan bəyanat

18:05 Daha bir məhbus naməlum şəraitdə öldü

18:00 Arif Rəhimzadənin oğluna vəzifə verildi

17:53 Qurban Qurbanov:“Rəşad bu təyinatlara razı deyildi”

17:48 Davosdan İstanbul Zirvəsinədək məzlumların səsini çatdırmaq missiyası

17:44 Səudiyyə Ərəbistanının vəliəhdi İsrailə dəvət edilib

17:39 Cocuq Mərcanlıda 11 ədəd partlamamış hərbi sursat tapılıb

17:35 Almaniya yığmasına veriləcək mükafatlar açıqlandı

17:35 Azərbaycanlı alimə ölüm hökmü verildi

17:31 Qırğızıstanda məktəblərdə mobil telefonlar qadağan oluna bilər

17:26 Türkiyə amerikalı agentləri axtarışa verdi

17:23 Azərbaycan vətəndaşı külli miqdarda heroinlə tutuldu

17:17 Ruhanidən Qüdslə bağlı islam dünyasına 7 təklif

17:12 Bu gün Meksikada 7 zəlzələ baş verib

17:06 Ərdoğanın Qüds mövqeyində hansı təzad var?

17:01 1444 vəzifəyə işçi axtarılır - Müsabiqə

16:55 ABŞ-ın Rusiyadakı səfiri: “Krım Ukraynadır”

16:50 “Ərəb ölkələri ABŞ-a böyük zərbə vura bilər”

16:44 İlham Əliyev: “Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır”

16:37 “Dövlət İmtahan Mərkəzi “sosial lift” funksiyasını yerinə yetirir”

16:31 “Qarabağla bağlı danışıqlarda hər şey bir ay ərzində aydın olacaq”

16:26 “Prezident aldadılmasının gec-tez fərqinə varır” - Elçin Şıxlı

16:22 Göygöldə yaşlı kişi dəm qazından öldü

16:17 Polis futbolçuları güllələdi

16:13 Avtovağzaldan oğurluq edən qadın tutuldu

16:09 “Qızım ürək tutmasından ölüb”

16:05 Çantada daşınan 3D-printer yaradıldı

16:01 Yaxın Şərqin bəlalarında erməni barmağı – Təhlil

15:56 “Azəriqaz”ın 2 milyondan çox abonenti var

15:52 “Neftçi” qış fasiləsində 4 futbolçusunu icarəyə göndərəcək

15:47 Zorrealizm, vurrealizm, hırrealizm: qeyri-adi cərəyanlarımız

15:45 Kreml: “Krım mövzusu müzakirə edilə bilməz”

15:41 Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

15:41 FES-in faiz artımı manata necə təsir edəcək?

15:36 Nalbandyan: “Türkiyə ilə imzalanan protokolu ləğv edəcəyik”

15:35 Trampın Qüds qərarı Vaşinqtonun, yoxsa Moskvanın işinə yaradı? - Politoloq rəyi

15:30 Ruhani Amerikanı ittiham etdi

15:25 Ərəbistan Yəməni vurdu

15:21 Azərbaycanın ixracında qeyri-neft sektorunun payı kiçilib

15:16 Rusiya Suriyadakı hərbi donanmasını genişləndirir

15:12 2017-ci ilin rəmzi komandası açıqlandı

15:07 Vahid Əhmədov “vurulan” nazirdən danışdı

15:03 “Instagram”dan yenilik

14:59 “OKSİAM-B” göz damcısı saxta çıxdı

14:55 Fələstin İsraillə bütün sazişləri ləğv edir

14:51 Qiyam zamanı həlak olan polisin oğluna vəzifə verildi

14:47 HƏMAS lideri saxlanıldı

14:42 Putinin sürpriz Yaxın Şərq səfəri - Təhlil

14:37 Türkiyədə yüzlərlə tələbə kütləvi zəhərlənib

14:33 “Kiçik insident böyük müharibəyə səbəb ola bilər”

14:29 “ABŞ bundan sonra bu məsələdə vasitəçi kimi çıxış edə bilməyəcək”

14:25 Əhali bu il ərzağa 14,2 mlrd. manat xərcləyib

14:21 Konstitusiyanı hansı qoşunlar qoruyacaq?

13:58 Monitorinq başa çatdı

13:53 Bitkoin ucuzlaşdı

13:47 Azərbaycanlı biznesmen “Çerkizovo”nu satır

13:42 Əmək kitabçaları niyə ləğv edilmir?

13:36 Sabahın hava proqnozu

13:32 “Heydər Əliyevin adı Azərbaycanın etnosiyasi coğrafiyasından dəfələrlə böyükdür”

13:28 Səhiyyə Nazirliyi meyitlərdən orqan köçürülməsi barədə

13:24 ABŞ Konqresi Gürcüstana raket satışını qadağan edə bilər

13:19 Avropa İttifaqı Trampın Qüds qərarını dəstəkləmir

13:15 Bu gün Barışla Sanqu Bakıya gəlir

13:11 AFFA Klublar Komitəsinə yeni sədr seçilib

13:06 Ərdoğan: “İsrail işğalçı və terrorçu dövlətdir”

13:03 Məhkəmə Fədayə Laçının vəsatətini təmin etmədi

13:00 Amaliya Pənahova: “Rasim Ocaqov dedi, ərinizdən qorxdum”

12:56 Bakının 5 qəsəbəsində su olmayacaq

12:51 Bakcell “BakuTel-2017” sərgisinin ən orijinal stendi seçilib

12:47 Azərbaycanda neft hasilatı 6% azaldı

12:46 “Bu bütün dünyanın iqtisadi mənzərəsinə təsir edən qərar olacaq” – Natiq Cəfərli

12:44 Bankomatlardan yarım milyon pul oğurladı

12:40 Lələ təpə döyüşçüsü Səlim Müslümovdan kömək istəyir

12:36 Türkiyənin tanınmış iş adamı oğlunu öldürüb

12:33 İrəvan Türkiyə ilə imzaladığı protokolları ləğv edir

12:27 Günel Rza Zərrabdan yazdı

12:24 “Paytaxt Qüds” ssenarisinin alt qatları - Təhlil

12:20 Seçicilər daha məntəqənin girişində yoxlanılmayacaq

12:16 Saakaşvili Ukrayna hökumətinə rəhbərlik etməyə hazır olduğunu bildirib

12:12 Şahzadə yazıçını mükafatlandırdı

12:09 İstilik sistemləri sağlamlığa zərər vurur

12:05 ABŞ-ın müdafiə büdcəsi müəyyənləşdi

12:02 Boğaz ağrısını azaldan təbii çay reseptləri

11:58 Sabiq hərbi prokuror: “FETÖ növbəti hücuma hazırlaşır”

11:53 Afaq Aslanın çılpaq fotolarındakı qüsur

11:49 Xəbərdarlıq: tələbələr bu hallarda ali məktəbdən qovulacaq

11:45 Rusiya Türkiyəyə 2,5 milyard dollarlıq “S-400” satacaq

11:41 Artur Rasizadə köməkçilərinin sayını 7-dən 3-ə endirdi

11:36 Bu gecə Yer kürəsində güclü meteorit yağışı olacaq

11:33 Rəşad Sadıqov iki milliyə baş məşqçi təyin edildi

11:28 Azadlıq prospektində hərəkət məhdudlaşdırılıb

11:25 Bu gün Fədayə Laçının məhkəməsidir

11:20 Röya: “Sizə görə həyasız mənəm”

11:16 “Rusiya Türkiyənin bu əməliyyatına çətin razı olar”

11:13 “Trampa görə amerikalıların qanı axır”

11:10 Fazil Məmmədov və “Şəmkir Aqropark” - Böyük maliyyə fırıldağı

11:07 “Gilan Holding”in 3 şirkəti fəaliyyətini dayandırdı

11:02 Gəncənin deputatları MDB-yə üzv dövlətlərin Forumunda

10:57 9 islam ölkəsi Qüds müzakirəsinə gəlmədi

10:53 Qüdslə bağlı fövqəladə zirvə toplantısı başlayır

10:49 ANAMA Cocuq Mərcanlıda əməliyyatları davam etdirir

10:46 Antidepressantların təhlükəsi

10:41 ABŞ bu il də Qarabağ “meydanı”nı Rusiyaya saxladı

10:36 İnşaat sektorunda çalışanların sayı artıb

10:32 Atəşkəs 136 dəfə pozulub

10:27 Oliqarx Məmişov Kərimova görə hiddətləndi

10:24 2017-ci ili Azərbaycan üçün iqtisadi cəhətdən uğurlu hesab etmək olar?

10:21 Azərbaycan gömrüyündə at oynadan bir “Trans Broker” tarixçəsi - Hardan hara...

10:20 Azərbaycan “Yaxşı ölkələr” siyahısında 89-cu yerdə

10:16 Xəzəryanı dövlət başçılarının sammiti gələn il Astanada keçiriləcək

10:12 Goranboyda yol qəzası: 3 ölü

10:09 Bakı metrosunda kütləvi ixtisarlar

10:04 Liderlər partiyadaxili demokratiyadan danışdılar

9:58 Azərbaycanın xarici ticarət əməliyyatlarında müsbət saldo 5 mlrd. dollara yaxınlaşır

9:54 Bu günə olan məzənnələr – Rəsmi

9:50 “Böyük arzularımın heç birini həyata keçirə bilməmişəm”

9:46 İstanbulda İƏT xarici işlər nazirlərinin toplantısı başlayıb

9:42 Əvvəlcə qadın oldu, sonra sevgili tapdı, indi də ərə gedir

9:38 İslam dünyasını yeni daxili savaşa sürükləyirlər – Təhlil



GÜNDƏM

...

Bakıda Milli Məclisə silahlı hücum edib deputatları qırmaq planı - Sensasion detallar

Tarix 11.10.17, 12:21

Font ölçüsü : - / +
bitmap-img6

Bakının Qaraçuxur qəsəbəsi ərazisində bu il yanvarın 31-də DTX xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirilən, 4-ü əməliyyat zamanı öldürülən, 1-i sağ yaxalanan terror qrup Milli Məclisə hücum edib deputatları kütləvi qətlə yetirməyə hazırlaşırmış


Bu sensasion məlumat terrorçu qrupun sağ ələ keçirilən üzvünün barəsində qaldırılmış cinayət işinin materiallarında yer alır. 

Bu, İŞİD-ə qoşulmuş və həmin qəddar terror birləşməsinin Azərbaycandakı özəyini yaradaraq cihad hazırlıqları görənlərdən biri, 28 yaşlı Fərid Sadıqovdur. Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində məhkəmə istintaqı artıq yekunlaşıb. F.Sadıqov terrorçuluq, qanunsuz silahlı birləşmə yaratmaq və digər təhlükəli ağır cinayətlərdə təqsirli bilinib.

DTX-nin rəsmi məlumatı və indi üzə çıxan tükürpədici təfərrüatlar

Dövlət Təhlükəsizliyi Xidmətinin bu il fevralın 1-də həmin qrupun zərərsizləşdirilməsi haqda yaydığı məlumatda deyilirdi ki, dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlaşan Azərbaycan vətəndaşları – "Abu Hafsa” ləqəbli M.Ulubəyovun, "Abdulqərib” ləqəbli Q.Dəmirovun, "Əbdülxalid” ləqəbli F.Sadıqovun, T.Alməmmədovun və "Abdullah” ləqəbli S.Məmmədovun tutulması üçün 2017-cı il yanvarın 31-də xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı qrup üzvlərindən M.Ulubəyov, T.Alməmmədov, Q.Dəmirov və S.Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib, F.Sadıqov isə şübhəli şəxs qismində tutulub.

O vaxt DTX əməliyyatın Bakının hansı istiqamətində keçirildiyini və terrorçu qrupun fəaliyyətinə, planlarına dair təfərrüatları açıqlamamışdı. Bu təfərrüatlar indi məhkəmə prosesində üzə çıxır və DTX xüsusi təyinatlılarının həmin qrupu zərərsizləşdirməklə Azərbaycanda hansı tükürpədici terror hücumlarının qarşısını aldığı məlum olur.

“Əbdülxaliq” ləqəbli Fərid

Beləliklə, istintaq materiallarına əsasən  dini ləqəbi "Əbdülxaliq"olan Fərid Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda yayılması naminə Qərib Dəmirov, Məhəmməd Ulubəyov, Tural Alməmmədov, Samir Məmmədov və digərləri ilə cinayət əlaqəsinə girib. Dini ekstremizm zəminində ağır və xüsusilı ağır cinayətlər törətmək üçün  yaradılan cinayətkar qruplaşmanın fəaliyyətində işitirak edib, terror hücumları üçün planlar qurub. Habelə təqsirləndirilən şəxs İŞİD-in tərkibində Suriyada döyüşən  azərbaycanlılarla əlaqə saxlayaraq  bu terror qruplaşmasının ideyalarını qəbul edib. Onlarla ünsiyyət zamanı İŞİD-in Azərbaycandakı “qolu” kimi qəbul olunmaq, təşkilatın məqsədləri üçün cihada başlamaq barədə sövdələşib.

İstintaq sənədlərində göstərilir ki, Qaraçuxurda zərərsizləşdirilən həmin qrup Azərbaycan ərazisində seriya terror hücumları həyata keçirmək üçün planlar qurublar. Hücumların hədəfi isə hüquq-mühafizə orqanlarının, nazirliklərin inzibati binaları, strateji əhəmiyyətli digər obyektlər, habelə Bakı Dövlət Universiteti, Bakı İlahiyyət Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti olub. Bundan əlavə qruplaşma pul və qənimət ələ keçirmək üçün Bakıdakı şərab evlərinə, mağazalara, lombardlara, Şimal bölgəsində fəaliyyət göstərən iş adamlarına, yerli icra hakimiyyəti başçılarına silahlı hücumlar planlaşdırıb.

Odnoklassnik.ru da yazışmalar:  “Novosti Xalifata” qrupunda  “Əbu Davud”un radikal çağırışları

Fərid Sadıqov ifadəsində göstərib ki, 16 yaşından dini ibadətlə məşğuldur. 2016-cı ilin oktyabrından isə islamın Safi cərəyanına meyl edib, internetdə dini məzmunlu videolara baxıb müxtəlif məqalələr oxumaqla “Əhli sünnənin Şafi məzhəbini dərindən öyrənib” Həmçinin o, odnoklassniki.ru  saytında müxtəlif dini ekstremist məzmunlu müzakirələrdə iştirak edib.

Həmin qruplarda  “Əbu Davud” ləqəbi ilə yazışmalar zamanı F.Sadıqov bütün qeyri-müslümləri “kafir” adlandırdığına, onların məhv edilməsinə çağırışlar etdiyinə görə odnoklassniki.ru saytı tərəfindən profili bağlanıb.  Bundan sonra F.Sadıqov  “Abdul Xaliq” adı ilə qruplarda, daha çox isə “Novosti Xalifata” qrupunda  yenidən yazışmalara başlayıb, özünə həmfikirlər tapıb. Lakin açıq-aşkar terrorçuluğu təbliğ etdiyi, radikal çağırışlar etdiyi üçün  bu profil də sayt tərəfindən bloklanıb.

“Əbdülxaliq”in xudatlı Ulubəyovla tanışlığı

F.Sadıqovun ifadəsinə əsasən o, əslən Xudat rayonundan olan Məhəmməd Ulubəyovla məhz odnoklassniki.ru-da yazışmalar zamanı tanış olub, bir-birlərinə mobil telefonlarını veriblər.

İŞİD-çinin ifadəsindən: “Məhəmməd ərəb dilini öyrənmək üçün Bakıya gəlib Qaraçuxurda kirayədə yaşayırdı. Bir neçə dəfə onun yaşadığı evə getmişdim. Həmin evdə olarkən Məhəmmədin vasitəçiliyi ilə Samir, Tural və Qəribi tanımışam. Dini söhbətlər aparır, zikr edir, camaat namazı qılırdıq”.

Məhəmmədin kirayə qaldığı evdə cızılan təhlükəli planlar

Lakin Məhəmmədin kirayə qaldığı evdə yığışanlar təkcə dini ibadətlə məşğul olmurdular, İŞİD ideyalarının Azərbaycanda da yayılması, Suriyada qurulan “İslam dövləti”nin Azərbaycanı və hətta bütün dünyanı əhatə etməli olduğu haqda danışırdılar. Bunun üçün yollar fikirləşir, planlar cızırdılar. Habelə Azərbaycanda başladacaqları cihadda onlara düzgün yol göstərib əmrlər verən, əldə olunacaq qəniməti-beytül malı “ədalətli şəkildə böləcək” əmir seçmək haqda müzakirə aparırdılar.

Əslində bu qruplaşmanın üzvlərinin əvvəlki niyyətləri Suriyaya gedib cihada qoşulmaq idi. Lakin bu və ya digər səbəblərdən onların Suriyaya getmək niyyətləri baş tutmadığından cihadı elə Azərbaycanda başlatmağı qərara alırlar.

F.Sadıqovun ifadəsindən: “Məhəmməd dini cəhətdən savadlı və dünyagörüşlü olduğundan onun dediklərinə qulaq asırdıq. Dini mübarizəyə başlamaq üçün silah-sursat, partlayıcı maddələrin əldə olunması üçün planlar cızırdıq. Silah almaq üçün pul lazım olduğundan banklara, şərab evlərinə, imkanlı şəxslərin evlərini qarət etməyi nəzərdə tuturduq. Əldə ediləcək puldan silah sursat almağı, ehtiyacı olanları yardım etmək və bu yolla sıralarımızı genişləndirmək istəyirdik.  Həyata keçirəcəyimiz basqınlarda müsəlmanlardan şübhələnməsinlər deyə, üzümüzü qırxmaq və sosial şəbəklərdəki bütün profillərimizi silmək qərarına gəlmişdik”.

Silahlı basqınlardan sonra Qusar meşələrinə çəkilmək planı

Qrup üzvləri qərara alıblar ki,  silahlı hücumlara başlayandan sonra Qusar rayonundakı meşələrə çəkilsinlər, əldə etdikləri qənimətləri, silah-sursatları orada və Bakıda kirayə yaşadıqları mənzildə gizlətsinlər. Sonrakı mərhələdə isə onlar Qafqazdakı bütün müsəlmanların biət edəcəyi əmiri seçməyə hazırlaşırdılar.

Qrup üzvlərindən “Əbdülxaliq” kustar üsulla partlayıcı hazırlamağın yollarını internetdən öyrənməyi boynuna götürüb. Bu məqsədlə internetdən videotəlimatları telefonuna yükləyib. Yanvarın 29-da, DTX-nin keçirdiyi əməliyyatdan iki gün əvvəl qrup üzvləri Quba və Qusar rayonu ərazisində planlaşdırdıqları silahlı hücumlara son hazırlıq işlərini müzakirə etmək üçün Məhəmməd Ulubəyovun Qaraçuxurda kirayə qaldığı mənzilə yığışıblar.

Terrorçu qrupun ilk hücum hədəfi Qusar rayon polis idarəsi olmalıydı. Onlar hücumu  İdarənin qarşısında polislərin sıra baxışına düzüldüyü vaxt törətməyi planlaşdırıblar. Habelə eyni vaxtda rayonda bir-iki imkanlı şəxsin evinə, ticarət mərkəzlərinə hücum nəzərdə tutulub.

“Əbu Həfsaf” isə həmin müzakirələrdə partlayışı DTX-nin Qusar rayon şöbəsinin qarşısında törətmək təklifini irəli sürüb. Təqsirləndirilənin ifadəsindən: “Deyirdi ki, partlayış törədək, iki-üç nəfər həlak olsun, şöbəyə ziyan dəysin. Məhəmməd pul üçün “Dəmirbank” və “Atabank”ın Qusar şöbəsinə basqın etməyi təklif edəndə mən dedim ki, silahımız azdır. Bir-iki silahla banka girmək çətin olacaq. Qərib Dəmirovlə Samir Məmmədov da banka basqın etməyin çətin olduğunu dedilər. Hətta Qərib dedi ki, banka girsək atışma olacaq. Odur ki, banka deyil, şərab mağazaları və lombardlara girməyi planlaşdırdıq”.

“Deyirdi ki, icra başçısının müavinin yaxşı pulu var…”

Qrup üzvləri basqın zamanı dindar görünüşü yaratmamaq üçün xarici görkəmlərinə fikir verməyi, saqqallarını qırxmağı və bir-birlərinə “əxi” deyə müraciət etməyi qadağan ediblər. Samir Məmmədov Quba rayonu ərazisində “Qırmızı qəsəbədə” yaşayan yahudilərdən birinin evinə basqın etməyi təklif edib.

F.Sadıqov ifadəsində deyib: ”Deyirdi, onların yaxşı pulu var, istəsək verəcəklər. Məhəmməd isə Qusar rayon icra hakimiyyəti başçısının müavini, bələdiyyə sədrləri, Qusar rayon mərkəzi bazarının müdirinin evinə basqın etməyi təklif edib. Deyib ki, icra hakimiyyəti başçısının müavininin evinə getmək əla olardı. Bələdiyyə sədrinin, bazarkomun evinin yerini yerini öyrənmək lazımdır. Deyirdi evlərinə girək, imkanlı adamlardı, pul-para olar”.

Hədəfə götürülən universitetlər

Müzakirələr zamanı “Əbu Həfsaf” Qusar rayonundakı hərbi hissələrdən birinə silahlı basqın etmək daha sonra MTN və DİN-nin Polis Akademiyalarında terror aktları keçirmək təklifini irəli sürüb.  O, əsas  hədəfin dövlət müəssisə və təşkilatları olduğunu qrup üzvlərinə deyib. Habelə  “Əbu Həfsaf” Bakı Dövlət Universitetində, İslam Universitetində, Neft Akademiyasında partlayışların törədilməsinin vacibliyini vurğulayıb.

”Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Ədliyyə Nazirliyinin, Vergilər Nazirliyinin, Baş prokurorluğun əməkdaşlarının, Milli Məclisin deputatlarının, rayon və şəhər icra hakimiyyəti başçılarının “razboyluq” olduqlarını israrla bildirir, onları müsəlmanlara qarşı olan şəxslər adlandırırdı.  Milli Məclisə basqın etməyi,  deputatların hamısının bir yerdə olduğu vaxt onlara silahı basqın etməyin vacibliyini deyirdi”-təqsirləndirilən şəxs ifadəsində deyib.

Məhkəmənin hökmü  ilə Fərid Sadıqov 11 il müddətinə azadlıqdan məhrum edilib.(virtualaz.org)

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


GÜNDƏM

design-img

Vernisaj

Putinin sürpriz Yaxın Şərq səfəri - Təhlil

bitmap-img3

Rakurs

“Broker Əbülfəz”in bacısı oğlu məsuliyyətdən necə yayınıb? - Video

bitmap-img3

Seçmələr

Elmar Vəliyev erası bitdi: Lotu Quli Gəncəni Rəşada tapşırdı - Video

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru