Cümə axşamı, 27 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Bakıda Gürcüstan vətəndaşı bıçaqlanıb


O bədənin kəsilmiş deşilmiş yaraları ilə 1 saylı Kliniki Tibbi Mərkəzə qəbul edilib


Bakının Binəqədi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

"Report" xəbər verir ki, 1997-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Tağıyev Xəqani Füzuli oğlu "1-ci Mədən" kimi tanınan ərazidə tanışı ilə mübahisə edib.

Mübahisə bıçaqlanma ilə sona çatıb. O, bədənin kəsilmiş-deşilmiş yaraları ilə 1 saylı Kliniki Tibbi Mərkəzə qəbul edilib.

Yaralı cərrahi əməliyyat edilərək Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi araşdırma aparır.

pia.az
Etiket:

loading...