Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda AzTV-nin loqosunun olduğu “OPEL” taksiçilik edir - Foto


Şəhərdə şirkətlərdən birinin taksi xidməti göstərən nəqliyyat vasitəsi ön şüşəyə yapışdırdığı yazı ilə marağa səbəb olub


PİA.AZ Big.az-a istinadən xəbər verir ki, taksi fəaliyyəti göstərən 99-CK-163 dövlət nömrə seriyalı “Opel Astra” markalı avtomobil polislərdən yayınmaq məqsədi ilə ön şüşəsinə Azərbaycan Dövlət Telelviziyasının loqosunu yapışdırıb.

Məsələ ilə bağlı açıqlama verən yol-nəqliyyat eksperti Elməddin Muradlı bunu qanunsuz əməl adlandırıb: “Bu, sadəcə olaraq biabırçılıqdır. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün sadəcə fərqlənmə nişanı və taksi işarəsi kifayət edir. Hansısa loqodan istifadə etmək qanunsuzluqdur. Bunun cəriməsi yoxdur. Həmin şəxsi ancaq həmin taksi xidməti daxili qaydalara uyğun şəkildə cəzalandıra bilər. Çünki əlavə lövhədən istifadə edir, amma görünür sürücü bunu polisdən yaxa qurtarmaq üçün edib. Həmin şəxsin cəzalandırılması yalnız televiziya rəhbərliyinin hüquq mühafizə orqanalarına şikayəti əsasında mümkündür”.

Sözügedən taksi şirkətinin rəsmisi Bədir Balaxanov isə açıqlamasında həmin şəxsin taksi sürücüsü kimi şirkətə müraciət etdiyini bildirib: “Həmin şəxs bizə taksi sürücüsü kimi müraciət edib. Onun televiziya əməkdaşı olub-olmaması araşdırılacaq. Əgər qanunsuz şəkildə televiziyanın adından sui-istifadə edirsə, o dərhal bizim şirkətlə əməkdaşlıqdan uzaqlaşdırılacaq”.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar